Sizin Reklam Burada

Daşkəsəndə yeni yaradılacaq çörək istehsalı müəssisəsinə baxış keçirilib

Daşkəsəndə yeni yaradılacaq çörək istehsalı müəssisəsinə baxış keçirilibDaşkəsən KOB dostu Muraz Məmmədov KOBİA-nın dəstəyi ilə Daşkəsən şəhərində və rayonun Xoşbulaq kəndində sahibkar Rizvan Abdullayev tərəfindən yaradılan çörək istehsalı müəsissələrində aparılan işlərin gedişatı ilə yerində tanış olub.

İlkin baxış zamanı əlaqədar qurumlardan alınan normativ hüquqi sənədlərin  və müəssisələrin texniki vəziyyəti, biznes plana əsasən qarşıya çıxması ehtimal olunan digər məsələlərin həll edilməsi sahibkarla ətraflı təhlil edilib və ona müvafiq tövsiyələr verilib.

Muraz Məmmədov bildirib ki, Daşkəsənin ayrı-ayrı yaşayış məntəqələrində müasir texnologiyaların tətbiqinə əsaslanan belə çörək bişirən müəssisələrin yaradılması istehlakçıları sanitar-gigiyenik normalara əməl edilməklə, yüksək keyfiyyətli müxtəlif çeşiddə çörək və un məmulatları ilə təmin etməyə imkan verəcək, rayonda bəzi hallarda çörəklə bağlı müşahidə olunan süni qiymət artımı məsələsinə birdəfəlik son qoyacaq, o cümlədən yeni iş yerlərinin yaranmasına təkan verəcək.

Sahibkar Rizvan Abdullayev sahibkarlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib, KOBİA-nın ona operativ formada verdiyi hərtərəfli dəstəyi yüksək qiymətləndirərək Agentliyin İdarə Heyətinin sədri hörmətli Orxan Məmmədova təşəkkürünü çatdırıb.
 

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər