Sizin Reklam Burada

Mina qurbanları Xankəndi yolunda aksiyaya qoşulub

Mina qurbanları Xankəndi yolunda aksiyaya qoşulubMina qurbanları və ya onların yaxınları aksiyaya dəstək vermək məqsədilə Laçın-Xankəndi yoluna gəliblər.

Avrasiya.net xəbər verir ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq səkkiz gündür davam edir.

Mina qurbanları və onların yaxınları da bu gün aksiyaya qoşulublar.

Qeyd edək ki, işğal dövründə bir milyondan çox mina Ermənistan tərəfindən Azərbaycan torpaqlarında basdırılıb. Bu, təbiətə, insanlığa qarşı görünməmiş vəhşilikdir. Ekoloji terror olan mina problemi hələ də davam edir. Postmüharibə dövründə də Ermənistan minalama siyasətini dayandırmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər