Sizin Reklam Burada

Regionun logistik potensialını zənginləşdirən layihələr

Regionun logistik potensialını zənginləşdirən layihələrDekabr ayının 14-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğanın və Türkmənistan Respublikasının Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə Zirvə görüşü keçirilmişdir.

Zirvə görüşündə iştirak edən cənab Prezident geniş nitqlə çıxış edərək son illər türk dövlətləri arasında mövcud münasibətlərin inkişafından bəhs etdi. Həmçinin üçtərəfli Zirvə görüşünün yekununda hər üç dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutan anlaşmalar imzalandı.

Qarşılıqlı ticarət həcminin artırılması, enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin icrası, nəqliyyat və tranzit sektorunda mövcud imkanlardan istifadə etməklə əlaqələrin daha da mövkəmləndirilməsi imzalanmış sənədlərdə öz əksini tapmışdır. Qeyd etməliyik ki, hər üç dövlət arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki mövcud geosiyasi vəziyyət dövlətlərin qarşılıqlı əməkdaşlığı, xüsusilə qardaş dövlətlərlə əlaqələrin möhkəmləndirilməsini vacib edir.

Bildiyimiz kimi Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin daha da yaxşılaşdırılması əsas prioritet istiqamətlərdən birini təşkil etməkdədir. Son illərdə Azərbaycan, Türkiyə və Türkmənistan əlaqələrinin inkişafında və münasibətlərin daha da dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. Qeyd etməliyik ki, hazırda ölkələrimizi birləşdirən amillər çoxdur. Ən əsası ortaq tarixi keçmiş və milli-mənəvi dəyərlər, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizdir. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

Bütün sahələrlə yanaşı eyni zamanda nəqliyyat-logistika sektorunun inkişafı da Azərbaycanla yanaşı qardaş türk dövlətləri üçün də böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi strateji əhəmiyyətə malik regionda, şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycanda bu sahənin inkişafı dövlətimiz üçün hər zaman önəmli olub. Son illər ölkəmiz bu sahədə görülmüş işlərin məntiqi nəticəsi olaraq region üçün mühüm logistika mərkəzinə çevrilmişdir.

Ölkə başçımızın çıxışı zamanı da bu sahənin inkişafına diqqət çəkməsi dövlətimizin nəqliyyat və logistikanın inkişafına xüsusi diqqət yetirdiyini göstərir. Xüsusilə bu baxımdan Xəzər dənizi əhəmiyyətli yer tutur. Çünki son illərdə Xəzər üzərindən daşımaların həcminin artması bizə deməyə əsas verir ki, artıq Xəzər üzərindən yükdaşımaların həcminin artırılması reallıqdır. Bütün bu işlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın iqtisadi imkanları artacaq, eyni zamanda tranzit potensialı artmaqla iş yerləri yaradılacaq və biz açıq dənizlərə çıxışı olmayan ölkə kimi çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər