Sizin Reklam Burada

İntim videoları yayılan polkovnik öz rəisinin qohumu ilə evli imiş

İntim videoları yayılan polkovnik öz rəisinin qohumu ilə evli imişFövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkən polkovnik Zaur Mirzəyevlə bağlı bir sıra detallar üzə çıxıb.

“Kriminalqafqaz”ın verdiyi məlumata görə, o, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun yaxın qohumudur. Belə ki, Z.Mirzəyev Xidmət rəisinin əmisi qızı ilə evlidir. Füzuli Əsədovun köməkçisi vəzifəsində işləyən polkovnik qohumluq əlaqələrindən istifadə edərək idarədə işçilər arasında öz nüfuzunu aşkar surətdə nümayiş etdirib. Xidmət rəisi ilə qohumluq münasibətlərinə görə hər kəs Zaur Mirzəyevdən çəkinib.

Zaur Mirzəyev 2007-ci ildən sözügedən vəzifəni icra edib və daxili xidmət polkovniki rütbəsini daşıyıb. İşi xidmət rəisinin tapşırıqlarını yerinə yetirmək və verdiyi tapşırıqları əməkdaşlara çatdırmaqdan ibarət olub.

Hazırda o, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığı vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma) və 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddələri ilə təqsirli bilinir. Zaur Mirzəyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Xatırladaq ki, Füzuli Əsədov keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər