"Əziz Şuşa, Sən azadsan! ”

"Əziz Şuşa, Sən azadsan! ” (“Dear Shusha, You are free!”)

Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici Dillər Mərkəzinin baş müəllimi Sevda Ağayeva və Azərbaycan Gənc Könüllülər Academyasının rəhbəri Sövdüm Cahangirzadə birlikdə yeni bir layihə həyata keçirilmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi, tarixi ədaləti bərpa etdi. Vətən müharibəsi günlərində bütün Azərbaycan xalqı sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımızı şanlı Ordumuz cəmi 44 günə azad etdi. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zəkasının ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının azad edilməsi əməliyyatı isə tamam başqadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında deyib: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi və hörmətli prezidentimiz bu ili Şuşa ili elan etdi.

Tariximizə qızıl hərflərlə yazılmış bu ili Xarici Dillər Mərkəzinin b/m Sevda Ağayeva və Tarix və coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası 2101B qrup tələbələrinin (Gülçin Mahmudova, Səbinə Mehdiyeva, Zəhraxanım Qədirova, Sevinc Xudiyeva, Fərid Xəlilov,
Fərid Rəcəbov, Əfsanə Nuriyeva, Ramilə Mirzəyeva, Səbinə Mehdizadə, Toğrul Məmmədli, Cavid Xəlilov, Aytac Məmmədova, ), Tarix və coğrafiya müəllimliyiixtisası 1801B qrup tələbəsi (Günel Qurbanova) təqdimatında "Əziz Şuşa, Sən azadsan! ” (“Dear Shusha, You are free!”) adlı ingilis dilində tədbir saat 12:00-da Zoom mobil tətbiqində keçirilmişdir.

Tədbirdə Şuşanın tarixindən, şəhərin yaradıcısı Pənahəli xan, eləcə də görkəmli şuşalılardan (Xurşudbanu Natavan, Üzeyir Hacıbəyli, Murtuza Məşədi Rza oğlu Məmmədov), eləcə də Şuşanın tarixində xüsusi rolu olan Molla Pənah Vaqifdən danışdılar. Tələbələrin şeirləri tədbirə xüsusi rəng verirdi. Tələbələr tanınmış Azərbaycan şəxsiyyətlərinin Şuşa haqqında dedikləri dəyərli fikirləri iki dildə - Azərbaycan və ingilis dillərində səsləndirdilər.
Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.

Tədbirdə Şuşamızım azad olunmasında canlarından keçərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan mərd, vətənsevər oğulları yad olundu, onların həyatlarından, keçdikləri qəhrəmanlıq yolundan tələbələr hüzn və qürurla danışdılar. (Şəhid Ülfət Novruz oğlu Rzayev, şəhid Adil Əsəm oğlu İbrahimli, şəhid Elgin Ağayar oğlu Abbaslı, şəhid Seymur Müşviq oğlu Abbasov, şəhid Elçin Vagif oğlu Həsənlı, şəhid Elşən Elbrus oğlu Əhmədli)
Tarix və coğrafiya fakültəsinin rəhbərliyi və tələbələri, Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, eləcə də müəllimləri professor Leyla Vəzirova, dosent Svetlana Məmmədova, b/m Fatma Əliyeva, m Arzu Hüseynli, m Xəyalə Həmidova, orta məktəb müəllimi Vüsalə Hüseynova tədbirdə iştirak edirdi.

Tədbirdə həmçinin Suraxanı rayonu, Şəhid Etibar Cəfərov adına 118 saylı tam orta məktəbin 2 Ə sinfinin müəllimi Şəlalə Novruzovanın şagirdləri (Abbaslı Mələk, Babayeva Fidan, Əliyev Kamil, Əliyeva Nərmin, Əliyeva Xədicə, Heydərli Talha, Kazımov Əli, Məmmədov Emil, Mehdili Əlimehdi, Nağıbəyli Zeynəb, İsrailli Mərziyyə, Məmmədova Dəniz, Ismayıl Əlizadə, Mehdili Əlimehdi, Ağazadə Cəmiləxanım, Abbaslı Firuzə) və 6 Ə sinif şagirdləri (Ağayev Mirəli, Səfərov Orxan, Hacıyeva Şəfa) şeirlər söylədilər. Kiçikyaşlı məktəblilərin mükəmməl çıxışı tədbirə xüsusi rəng qatdı.
Şuşaya aid maraqlı videoçarxlar nümayiş olundu. Eləcə də ruhumuzu oxşayan mahnılarımızın videoçarxları səsləndirildi.

İştirak edən müəllimlər, tələbələr, məktəblilər, digər qonaqlar tədbir haqqında xoş sözlər söylədilər, bu cür vətənpərvər tədbirlərin tez-tez keçirilməsini təklif etdilər və təşkilatçılara (Sevda m və Sövdüm bəy, eləcə də tələbə, kiçik məktəblilər) belə maarifləndirici, maraqlı tədbir üçün təşəkkür etdilər.

Sonda tədbirin təşkilatçısı baş müəllim Sevda Ağayeva tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər