Sizin Reklam Burada

Ekologiya sahəsində ixtisaslaşan QHT-lər ilə onlayn görüş keçirilib

Ekologiya sahəsində ixtisaslaşan QHT-lər ilə onlayn görüş keçirilibGörüşdə Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Agentliyin məsul əməkdaşı Leyla Rəhimova və “Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə məsələləri" sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd 2023-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunacaq müsabiqə istiqamətlərinin müəyyən edilməsi və mövzu ətrafında müzakirələrin aparılmasıdır.
Görüşü açıq elan edən Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov mövzunun aktual olduğunu vurğulayıb. A.Allahverənov bildirib ki, hər kəsə məlumdur ki, son illərdə dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramışdır.

Bu səbəbdən də ekologiyanın qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir. Son illərdə Azərbyacanda ekoloji problemləri önə çəkilərək bu sahədə xeyli iş görülmüşdür. QHT sektorunun bu sahədə həyata keçirdiyi layihələr ekoloji problemlərin həlli məsələsində çatışmazlıqları aradan qaldırmaq üçün az rol oynamır. Təsadüfi deyil ki, QHT-lər tərəfindən dünəndən Şuşa ərazisində başlanan Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.

A.Allahverənov ətraf mühitin və əhalinin sağlamlığının qorunması, o cümlədən, narkomaniya ilə mübarizənin aktual aspektlərinə diqqəti çəkərək bu sahədə qeyri-hökumət təşkilatlarının xeyli sayda layihələr icra etdiyini vurğulayıb.

Daha sonra qeyri-hökumət təşkilatlarının nümayəndələri mövzu ilə bağlı müzakirə apararaq, təkliflər səsləndiriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər