Möhbalıyevin general bacısı oğlu Bakıya çağırıldı
Dərc olunub:
10-12-2022, 15:34
Əlahiddə Sərhəd Qoşunlarının komandanı general-leytenant Niyaməddin Məhərrəm oğlu Tağıyev dünən Bakıya çağırılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı ekspert Heydər Oğuz öz mənbələrinə istinadla yayıb.
Onun vəzifəsinin Anar adlı polkovnikə tapşırıldığı qeyd edilib.
Qeyd edilib ki, Niyaməddin Tağıyev Azərbaycan Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin bacısı oğludur.