Sizin Reklam Burada

"Dayaq" rəhbərliyi Avropada işgüzar səfərdədir

"Dayaq" rəhbərliyi Avropada işgüzar səfərdədir"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının rəhbərliyi Avropada işgüzar səfərdədir.

Səfər çərçivəsində Avropada fəaliyyət göstərən "Benilüks" Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov ilə görüş keçirilmişdir.

Görüşdə "Dayaq" Təşkilatının sədri Qalib Əliyev, hüquq məsələləri üzrə sədr müavini Məcid Məmmədov, hüquq departamentinin rəhbəri Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vüsal Səfərov, "Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Məhəmməd Məmmədov iştirak etmişdir.

"Dayaq" Təşkilatının sədri Qalib Əliyev tərəfindən "Benilüks" Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədova üzərində Ali Baş Komandan İlham Əliyevin fotosu təsvir edilmiş xalça təqdim edilmişdir. Bununla yanaşı Niderland Krallığında fəaliyyət göstərən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevə "Dayaq" Təşkilatının xüsusi həddiyələri təqdim edilmişdir.

Eyni zamanda "Bünilüks" Azərbaycanlıları Konqresi tərəfindən 10 dekabr İnsan Hüquqları Günü münasibətilə hüquq sahəsində uğurlu fəaliyyətlərinə görə "Dayaq" Təşkilatının hüquqi məsələlər üzrə sədr müavini Məcid Məmmədov və hüquq departamentinin rəhbəri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vüsal Səfərov Fəxri Fərmanla təltif edildi.

Görüş zamanı birgə əməkdaşlıq, gələcək perspektivlər və imkanlar haqqında geniş müzakirə edilmişdir.





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər