Sizin Reklam Burada

Şirkət və müəssisələr tərəfindən ADAU məzunlarına maraq artır

Şirkət və müəssisələr tərəfindən ADAU məzunlarına maraq artırKənd təsərrüfatı texnikası və avadanlığının təchizatı ilə məşğul olan “4S” şirkətinin rəhbəri Akşin Ağayev ilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ADAU ilə yerli və xarici şirkətlərin son zamanlar dinamik inkişaf edən sıx münasibətlərindən söz açıb. Bildirib ki, məzunların işlə təmin olunması məsələsi daim diqqətdə saxlanılır. Buna görə də universitet–sənaye əməkdaşlığı mühüm əhəmiyyətə malikdir.

Akşin Ağayev təmsil etdiyi şirkətin fəaliyyətindən bəhs edib. Bildirib ki, “4S” şirkəti 2017-ci ilin noyabrından etibarən Almaniyanın ən böyük konserni olan CLAAS tərəfindən Azərbaycan ərazisində servis tərəfdaşı təyin olunub. Hazırda respublika ərazisində şəxsi ehtiyat hissələri anbarlarına, müasir təmir bazasına və mobil mühəndis briqadalarına malik olan bir neçə nümayəndəlik və servis məntəqələri fəaliyyət göstərir.

Həmçinin görüşdə bir nəfər Aqrar Universitet məzunu və magistr tələbəsinin “4S” şirkəti tərəfindən işə qəbul olunması və bir neçə tələbənin isə praktikaya cəlb olunması məsələlərindən də danışılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər