“Şuşa virtual təbliğat mərkəzi” adlı layihənin icrası başa çatıb

Avrasiya.net “Şuşa virtual təbliğat mərkəzi” adlı layihənin icrası başa çatıbxəbər verir ki, layihəni “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şuşa ili müsabiqəsi çərçivəsində həyata keçirib.

Təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, Şuşanın virtual təbliği məqsədi ilə shushainfo.com saytı yaradılıb.

İnternet resursda Şuşa şəhərinin tarixi, tarixi-mədəniyyət abidələri, eksponatları, Şuşa rayonunda yazıb yaratmış tarixi şəxsiyyətlər, erməni quldurlarının işğal dövründə Şuşa şəhərində yaşayış və qeyri-yaşayış binalarına, eləcə də təbiətinə vurduğu ziyan, Azərbaycanın mədəniyyət paytaxtının iqtisadiyyatı, statistikası, işğaldan azad olunandan sonra Şuşa şəhərinin bərpası istiqamətində görülmüş işlər haqqında məlumatlar yerləşdirilib.

Saytla yanaşı “Söhbət “Şuşa”dan gedir” səndli filmi də hazırlanıb. Filim görkəmli şuşalı musiqişünas tədqiqatçı alim Firidun Şuşunskinin Şuşa adlı kitabı əsasında hazırlanıb.

Layihə çərçivəsində 30 ildən sonra Şuşaya qayıdan şuşalılarla və Bülbülün ev muzeyi haqqında iki kiçik video çarx da hazırlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər