star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Miqrasiya Könüllüləri üçün seminar keçirilib

Miqrasiya Könüllüləri üçün seminar keçirilibDövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşəbbüsü ilə miqrasiya mövzusunda gənclərin maarifləndirilməsi istiqamətində təşkil olunan silsilə tədbirlər davam edir.

Növbəti maarifləndirici tədbir Dövlət Miqrasiya Xidmətinin Təlim Mərkəzində “Miqrasiya Könüllüləri” İctimai Birliyinin nümayəndələri üçün keçirilib.

“Azərbaycanda miqrasiya prosesləri: dünən, bu gün və sabah” mövzusunda mühazirə ilə çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov miqrasiya sahəsi ilə bağlı əsas terminlərin izahını verib, dünyada baş verən miqrasiya proseslərinin tarixinə nəzər salıb, Azərbaycan Respublikası ilə həmsərhəd dövlətlər arasında intensivləşən miqrasiya mübadiləsi, son zamanlar ölkəyə gələn və gələcəkdə gəlməsi təxmin edilən miqrant axınları barədə danışıb, miqrasiya proseslərinin cəmiyyətin bir çox sahələri ilə bağlılığına dair fikirlər söyləyib. Tədbirin praktiki hissəsində məruzəçi tədbir iştirakçılarının suallarını ətraflı cavablandırıb.

Tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın tərkibində fəaliyyət göstərən Gənclərlə iş üzrə işçi qrupunun rəhbəri Aydan Haşımova müxtəlif ixtisaslarda təhsil alan gənclərin, xüsusilə də “Miqrasiya Könüllüləri” İctimai Birliyinin fəallarının miqrasiya mövzusunda biliklərinin artırılmasının onların gələcək karyera planlarının qurulması baxımından olduqca vacib olduğunu qeyd edib.

İnteraktiv şəraitdə keçən tədbirin sonunda xatirə fotosu çəkilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər