Sizin Reklam Burada

Azərbaycanın Fransada lobbiçiliyinə töhfə verən könüllü layihə həyata keçiriləcək

Azərbaycanın Fransada lobbiçiliyinə töhfə verən könüllü layihə həyata keçiriləcəkFransada hər zaman erməni lobbisi fəallığı ilə seçilib. Rəsmi Paris də əksər zamanlarda çıxardığı qərarlarda və yürtdüyü siyasətdə ermənipərəstliyini göstərib. Bu günlərdə Fransa dövlət rəhbərliyi tərəfindən verilən bəyanatlar, Fransa Senatının və Milli Assambleyasının Azərbaycanın əleyhinə qəbul etdikləri qətnamələr bunun bariz nümunəsidir. Amma bu, heç də Fransa xalqının mövqe və rəyini ifadə etmir.

Fransa parlamentinin üzvlərini fransız xalqı seçsə də, yerli xalqın Azərbaycan haqda mövqeyi və düşüncəsi tamam fərqlidir. Fransız xalqının hər hansı bir məsələdə fikir və rəyi Fransa dövlətinə və parlamentinə təsir etmək gücünə malikdir.

Məhz bu tendensiyadan çıxış edərək Diaspor Fəalliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi "Fransadan Azərbaycana baxış" layihəsini könüllü icra edəcək.

İctimai Birliyin sədri Fuad Hüseynzadə Avrasiya.net-ə deyib:

" Bizimlə bu layihədə Fransa-Azərbaycan Dialoqu Assosiasiyası tərəfdaşlıq edəcək. Layihənin məqsədi Azərbaycan həqiqətlərinin Fransada məhz elə fransızların dili ilə yayılması və ermənilərin ölkəmiz haqqında dezinformasiyalarının ifşa olunması, həmçinin sıravi fransızların Azərbaycan haqqında fikir və düşüncələrini öyrənməkdir.

Layihə çərçivəsində ilkin olaraq Fransının tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərindən Azərbaycanla bağlı fikir və düşüncələrini ifadə edən müsahibələr alıb hər iki ölkənin yerli mediasında yayımlayacağıq. Layihənin ikinci mərhələsində isə bu müsahibələr toplanıb fransız dilində çap ediləcək. Sonra bu kitab Fransa kitabxanalarında yayımlanacaq. Xüsusən də Fransa rəsmi qurumlarına, ən əsası parlamentarilərin birbaşa ünvanlarına göndəriləcək.

Bununla da Azərbaycan-Fransa xalqları arasında körpülərin qurulmasına, Azərbaycanın Fransada lobbiçiliyinə vətəndaş cəmiyyəti olaraq töhfə vermiş olacağıq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər