Sizin Reklam Burada

Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir

Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir25 noyabrda ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bir sıra məsələləri əhatə edən sualları cavablandırarkən Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı infrastruktur layihələrindən bəhs etmişdir. Cənab Prezident qeyd etmişdir ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizminin izləri silinməkdədir. Bu ərazilərə həyatın qaytarılması məqsədilə bir çox sahələri əhatə edən quruculuq və bərpa işləri aparılır. Dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Məhz bunun nəticəsidir ki, qısa zaman içərisində həmin ərazilərimizdə inanılmaz işlər görülüb. Belə ki, Azərbaycan dövləti tərəfindən müasir tələblər səviyyəsində avtomobil və dəmir yolları, tunellər və körpülər inşa edilir, elektrik, qaz və su xətləri çəkilir, yeni hava limanları tikilir.

Qeyd etməliyik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa edilmiş ikinci beynəlxalq aeroport – Zəngilan Beynəlxalq Hava Limanın açılışı cari ilin oktyabrın 20-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə olmuşdur. Zəngilan Hava Limanının açılışı təkcə ölkəmiz üçün deyil, ümumilikdə regionumuz üçün böyük əhəmiyyətə malikdir. Zəngilan şəhərinin azad edildiyi gündə bu hava limanının açılması xüsusi məna daşıyırdı.

Hava limanlarının ölkəmiz üçün əhəmiyyətindən bəhs edən cənab Prezident vurğulamışdır ki, “Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir, çünki yüklərin daşınması daha asan olacaq. Ola bilsin ki, bir gün Zəngilan hava limanının beynəlxalq uçuş əlaqələri olacaq. Niyə də olmasın? Bura Azərbaycanın ən gözəl yerlərindən biridir, çox gözəl təbiəti, təbii bulaqları, çayları, ağacları var. Biz bütün lazımi infrastrukturu yaradanda bura cənnətin bir parçası olacaq. Eyni zamanda, bura Ermənistan sərhədindən uzaqda deyil. Ona görə də sirr deyil ki, bu hava limanı, həmçinin təhlükəsizlik baxımından əhəmiyyət kəsb edəcək. Azərbaycandan keçən yüklərin həcminin artdığını və Azərbaycanın yük təyyarələri parkının genişləndiyini nəzərə alsaq düşünürəm ki, bu, bizim yük təyyarələri parkımız üçün təyinat məntəqələrindən olmalıdır və ola bilər. Yerləşməsi baxımından o, Avropaya yaxındır, cənuba daha yaxındır və ümumiyyətlə, Zəngilan Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq”.

Görülmüş işlər, həyata keçirilən layihələr Azərbaycanın, konkret cənab Prezident İlham Əliyevin bölgədə həyatı canlandırmaq, insanları doğma yurd yerlərinə qaytarmaq, Qarabağı ölkə iqtisadiyyatının bir hissəsinə daxil etməkdə nə qədər prinsipial olduğunu bir daha ortaya qoyur. Bütün bunlar Azərbaycanın iqtisadi gücünü və potensial imkanlarını nümayiş etdirməklə yanaşı, həm də bir liderin, diplomatik məharətini, regional çəkisini və yürütdüyü beynəlxalq siyasətin nə dərəcədə praqmatik və uzaqgörən olduğunu nümayiş etdirir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər