Sizin Reklam Burada

"Bu gün dünya azərbaycanlıları xoşbəxtdir ki... "

"Bu gün dünya azərbaycanlıları xoşbəxtdir ki... "21 noyabr 2022-ci il tarixində ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ona ünvanlanmış çoxsaylı sualları cavablandırarkən Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın taleyindən narahatlığını dilə gətirərək onlara mesaj xarakteri daşıyan müraciət ünvanlamış və bildirmişdir ki, “35 milyondan artıq azərbaycanlımız tək deyil və sizin hüquqlarınızı öz hüquqları bilən Azərbaycan vardır”.

Cənab Prezident həmçinin qeyd etmişdir ki, “Mən başqa bir misal da gətirə bilərəm. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir”.

Bu gün dünya azərbaycanlıları xoşbəxtdir ki, cənublu soydaşlarımızı düşünən və Arazın o tayı, bu tayı deməyən bir liderimiz vardır. Cənab Prezident öz çıxışında həmçinin hazırki İran rəhbərliyinə mesaj göndərərək bildirmişdir ki, biz inanırıq ki, İran hökuməti ermənipərəst siyasətindən əl çəkəcək və bölgədə sülhə və təhlükəsizliyə xələl gətirməyəcəkdir. Bundan əlavə onlar çalışmalıdırlar ki, azərbaycanlıların hisslərini və maraqlarını nəzərə almağın zəruriliyi barədə düşünsünlər. Qeyd etməliyik ki, mövcud İran hakimiyyətinin açıq şəkildə ermənipərəst siyasət yürütməsi nəticəsində Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməkdədir. Bütün bunlarla yanaşı sərhədlərimizin yaxınlığında qonşu dövlət tərəfindən hərbi təlimlərin keçirilməsi isə bu təhdid siyasətinin açıq şəkildə nümayişi idi. Dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi Azərbaycan dövləti heç bir zaman qonşu dövlətlərlə münasibətlərin gərginləşməsinin tərəfdarı deyil. Bizim xarici siyasətimizin əsas prioritetlərindən biri bütün qonşularımızla sülh və dostluq münasibətlərində əlaqələrin qurulmasıdır. Eyni zamanda bütün dünya anlamalıdır ki, biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik.

Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Bu gün İrandan fərqli olaraq Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayır, onların hüquqları və təhlükəsizliyi dövlət tərəfindən hərtərəfli təmin edilir. Məhz bunun nəticəsidir ki, heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik və ya hansısa qarşıdurma baş verməmişdir. Məhz Azərbaycan xalqına xas olan humanizm dəyərləri ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında mühüm rol oynamışdır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər