star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

QHT Agentliyin dəstəyi ilə həyata keçirdiyi layihəsini yekunlaşdırıb

QHT Agentliyin dəstəyi ilə həyata keçirdiyi layihəsini yekunlaşdırıb28.11.2022-ci il tarixində “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi Sumqayıt şəhər Gənclər evində sertifikatlandırma mərasimi təşkil etdi.

Avrasiya.net xəbər verir ki, tədbiri ilk giriş sözü ilə layihə rəhbəri Səbinə Kərimova açaraq, iştirakçıları salamladı və görülən işlər barədə geniş məlumat verdi. O,bildirdi ki, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi,Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi 01.09.2022-ci il tarixindən “Əlilliyi olan qız və qadınların özünüməşğulluğunun təmin olunması məqsədi ilə peşə kurslarının təşkili” layihəsinin icrasına başlayıb. Layihəmizin əsas məqsədi əlilliyi olan qadın və qızların məşqulluğunu təmin etmək məqsədi ilə onların bilik, bacarıqlarının artırılması və onların sosial həyata inteqrasiyasına təkan verməkdir. Bu gün layihənin yekun tədbiri təşkil olunur.

Biz bu iki ayda layihənin gedişatını izlədik və nəinki biz hətta sosial şəbəkə istifadəçiləri, feysbuk,instagram da olan dostlar bu layihəni izlədilər və bir növ həm də monitorinq etmiş oldular. Bundan əlavə 2 ay müddətində xanımlarımız modellər üzərində işlədilər və onların sərbəst işi bizi çox sevindirdi. Bu gün kurslarımızı bitirən xanımlar sertifikatlarla təltif oluancaq və ümüd edirəm ki, bu yaxın gələcəkdə onlar öz işlərini quracaqlar. Bizim təşkilatın məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onları təhsilə,peşəyə yönəltməkdir. Biz bu işi uğurla davam etdiririk.Sizin hər birinizin əldə etdiyi nailiyyətlər bizim uğurumuzdur.

Bu layihənin də nəticəsi olaraq qeyd edim ki, biz təşkilat olaraq Dövlət Məşqulluq Agentliyi ilə əməkdaşlığa başlamışıq və onlar bizim beş əlilliyi olan xanımımızı özünəməşqulluq proqramına cəlb ediblər və onlar üçün yaxın zamanlarda gözəllik salonu yaradılacaq. Bu xanımlar salonda peşəkar mütəxəsis kimi fəaliyyət göstərəcəklər.

Düzü bu biraz xanımlarımızı qorxutsa da lakin biz hər bir işin öhdəsindən gələcəyimizə inanıram və layihə bitsə də xanımlarımız yenə öz ustalarının yanında ilin sonuna kimi təlim keçməkdə davam edəcəklər. Bundan əlavə təşkilatımız tərəfindən Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə tövhə olaraq, əlilliyi olan Lalə xanımla bağlı video-rolik hazırladıq .Onun ilk dəfə salonda bəzənməsinə ona və ailə üzvülırinə çox xoş təəssürat bağışladı. Sonra təlimçi Xəyalə Əhmədova və Könül Abasova bu iki ayda gördükləri işdən və kursda baş verənlərdən geniş danışdılar. Yekunda hər bir iştiraçıya sertifikatlar təqdim olundu və hazırlanmış video çarxın nümayişi ilə tədbir yekunlaşdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər