Sizin Reklam Burada

Naxçıvanın həbs edilən nazirləri – Siyahı

Naxçıvanın həbs edilən nazirləri – SiyahıSon zamanlar Naxçıvan Muxtar Respublikasında bir neçə nazir korrupsiya əməllərinə görə həbs edilib.

Avrasiya.net Unikal.org-a istinadən Naxçıvan MR-in həbs olunan nazirlərinin siyahsını təqdim edir:

Həbs edilən nazirlərdən biri polis general-leytenantı Əhməd Əhmədovdur. O, 2000-ci ildən 2017-ci ilədək Naxçıvan MR-in daxili işlər naziri olub. 2021-ci ildə isə o, barəsində olan korrupsiya əməllərinə görə həbs olunub. Məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov da həbs həyatı yaşayıb. Belə ki, general-leytenant V. Ələsgərov barəsində 2016-cı ildə həbs edilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun "general-leytenant" rütbəsi də geri alınıb. Bu ilin sentyabr ayında isə Ali Məhkəmədə Vəli Ələsgərovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə V. Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.

Naxçıvanda həbs edilən nazirlərdən biri də Muxtar Respublikanın sabiq təhsil naziri Məmməd Qəribovdur. Sabiq nazir bir müddət həbs həyatı yaşasa da, 2021-ci ilin iyun ayında Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M. Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.

Bu gün isə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Onu da qeyd edək ki, bir neçə gün öncə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Turan oğlu Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail Rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər