Sizin Reklam Burada

Qubada Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirilib

Qubada Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirilibQuba rayon Alekseyevka kənd tam orta məktəbinin akt zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən layihə rəhbəri, təşkilatın sədri Ramin Mahmudov bu layihənin əsas məqsədinin gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə dəstək vermək olduğuni bildirib.

Tədbirdə qonaq qismində iştirak edən Quba Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Şükür Sultanov, Qubadan olan Vətən müharibəsi şəhidi Ruslan Bayramovun qardaşı Ziya Bayramov bu əhəmiyyətli tədbiri Quba rayonunda yeniyetmə və gənclər üçün təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Rəsmi hissədən sonra keçirilən bilik yarışında Quba rayonunun müxtəlif təhsil müəssisələridə təhsil alan məktəblilərdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda “Dəmir Yumruq” komandası birinci, “Carpe Diem” komandası ikinci, “Alekseyevka” biliciləri isə üçüncü yeri tutub.

Qalib və mükafatçılar diplom, kubok və medallarla təltif edilib.

Tədbirdə iştirak edən hər bir şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan 185 nəfər Vətən müharbəsi şəhidi haqqında hazırlanmış “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar hədiyyə edilib.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər