star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Laçına da həyat yenidən qayıdır"

"Laçına da həyat yenidən qayıdır"Böyük qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycanımızın ən dilbər guşələrindən biri olan Laçının işğaldan azad edilməsindən artıq iki il ötür.

Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərlik etdiyi rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi dövründə düşməni darmadağın etməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məcbur etdi. İmzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabr ayının 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı və 28 illik işğaldan sonra Laçın azadlığına, öz sahiblərinə qovuşdu.

Məlumat üçün bildiririk ki, Laçın rayonu 1992-ci ilin may ayında o zaman hakimiyyətdə təmsil olunanların səriştəsizliyi və xəyanəti nəticəsində düşmən tərəfindən işğal edilmişdi. Laçın rayonu gözəl təbiətə malik olmaqla yanaşı, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolun üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. Laçın rayonunun işğalı sonralar digər rayonlarımızın da işğal edilməsinə zəmin yaratmış oldu.

2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı öz dövlət başçısı və ordusu ətrafında sıx birləşərək parlaq qələbənin qazanılmasında önəmli rol oynamış oldu. 30 ilə yaxın müddət ərzində möhkəmləndirilmiş və “keçilməz” adlanan müdafiə xətti qəhrəman ordumuz tərəfindən yarılaraq düşmənin canlı qüvvələri və zirehli texnikası məhv edilmiş oldu. Döyüş meydanında qazanılmış zəfər nəticəsində qısa vaxt ərzində işğal altındakı torpaqlarımız düşməndən azad edildi.

Darmadağın olan Ermənistan 2020-ci il noyabr ayının 10-da kapitilyasiya aktını imzalamağa məcbur edildi. İmzalanmış üçtərəfli Bəyanata əsasən Ermənistan müəyyən edilmiş təqvim əsasında işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarını boşaltmağa və Azərbaycana təhvil verməyə məcbur oldu. 2022-ci ilin avqustun 26-da isə üçtərəfli Bəyanata əsasən Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Artıq iki ildir ki, Laçın rayonu azaddır. Lakin təssüf hissi ilə qeyd etməliyik ki, işğal altında olduğu 28 il ərzində Laçın rayonu da digər işğal altında olan ərazilərimiz kimi erməni vandalizminin qurbanına çevrildi. Ermənilər buranı tərk edərkən evləri, məktəbləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Qeyd etməliyik ki, Laçının gözəl təbiəti, əlverişli relyefi, zəngin su ehtiyatları dövlət iqtisadiyyatı və turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçına da həyat yenidən qayıdır. Cənab Prezidentin birbaşa nəzarəti altında işğaldan azad edilmiş torpaqlarda vahid konsepsiya və plan əsasında bərpa-quruculuq işlərinə başlanılıb. Ölkə başçımızın işğaldan azad edilmiş ərazilərimizə o, cümlədən Laçın rayonuna etdiyi çoxsaylı səfərlər məhz bu müqəddəs amala xidmət edir. Cənab Prezidentin 21 sentyabr 2022-ci il tarixində baş tutan sonuncu səfəri zamanı Laçın rayonunda bir sıra infrastruktur layihələrinin təməli qoyuldu və aparılan işlərlə yerində tanışlıq oldu.

Hazırda işğaldan azad edilmiş Laçında irimiqyaslı layihələr icra edilməkdədir. Ən müasir tələblərə cavab verən nəqliyyat yolları, körpülər, tunellər, yaşayış binaları və böyük strateji əhəmiyyətə malik olan Laçın Hava Limanının inşası davam etdirilir. Görülmüş genişmiqyaslı işlər bizə deməyə əsas verir ki, artıq erməni vandalizminə məruz qalmış torpaqlarımıza o, cümlədən Laçına həyat yenidən qayıdır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər