Sizin Reklam Burada

Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir

Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir25 noyabr tarixi xalqımızın həyatında ən mühüm və sevindirici günlərdən biridir. Belə ki, həmin gün mənfur düşmənimizin 27 il ərzində işğal altında saxladığı Kəlbəcər rayonu azad edildi və üçrəngli dövlət bayrağımız Azərbaycanın ən dilbər guşələrindən biri olan Kəlbəcərdə də dalğalanmağa başladı. Tariximizin ən şərəfli səhifələrindən biri olan Vətən müharibəsində qazandığımız Zəfər ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə nəticəsində xalqımız tarixi ədaləti bərpa etdi və 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi.

Bununla da biz Azərbaycanın öz torpağının və öz taleyinin sahibi olduğuna bütün dünya göstərdik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuz tərəfindən şanlı tariximiz yazıldı. Müharibənin ilk saatlarından etibarən düşmənə sarsıdıcı zərbə vuran Rəşadətli ordumuz düşmənin müdafiə sistemini darmadağın etməklə torpaqlarımızı azad edərək xalqımızı sevindirdi. Məhz bu darmadağının nəticəsi olaraq düşmən müqaviməti dayandırdı və ağ bayraq qaldırmağa məcbur oldu. Döyüş meydanında əldə edilən parlaq qələbə siyasi müstəvidə də öz nəticəsini göstərdi. 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altında saxladığı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Məhz bu Bəyanat əsasında işğal altında olan rayonlarımızdan biri olan doğma Kəlbəcər rayonu düşmən tapdağından azad edildi və 27 illik vətən, torpaq həsrətinə son qoyuldu. Qeyd etməliyik torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsindən və Kəlbəcərin işğaldan azad olunmasından artıq iki il müddət ötüb. Ötən iki il ərzində görülmüş işlər və əldə edilən nəticələrə baxsaq əminliklə deyə bilərik ki, bütün bunlar Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Erməni vandalları tərəfindən tamamilə dağıdılmış ərazilərə qısa müddət ərzində həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Kəlbəcəri və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün hazırda azad olunmuş şəhərlərin baş planları hazırlanmış və bu istiqamətdə işlər planlı şəkildə icra edilməkdədir. Ərazisinə görə ölkəmizin ən böyük rayonu olan Kəlbəcər özünün gözəl təbiəti, əlverişli relyefi, zəngin təbii ehtiyatları ilə fərqlənir. Xüsusi olaraq qeyd etməliyik ki, Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında işğaldan azad edilmiş torpaqlarda vahid konsepsiya və plan əsasında bərpa-quruculuq işlərinə başlanılıb. Hazırda azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən infrastruktur layihələr bütün regionun gələcək inkişafına hesablanmış tədbirlərdir. İşğaldan azad edilmiş ərazilərimizdə o, cümlədən Kəlbəcər rayonunda aparılan tikinti-quruculuq və yenidənqurma işləri bizlərdə böyük sevinc və qürur hissi yaşadır. Görülmüş genişmiqyaslı işlər bizə deməyə əsas verir ki, artıq erməni vandalizminə məruz qalmış torpaqlarımıza həyat yenidən qayıdır. İnanırıq ki, aparılan bərpa və quruculuq işləri qısa vaxt ərzində yekunlaşacaq, doğma torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız tezliklə öz evlərinə qayıdacaqdır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər