star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

“Yurd”un təşkilatçılığı ilə Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirilib

“Yurd”un təşkilatçılığı ilə Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirilibQuba rayonunda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən layihə rəhbəri, təşkilatın sədri Ramin Mahmudov bu layihənin əsas məqsədinin gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə dəstək vermək olduğuni bildirib.

Tədbirdə qonaq qismində iştirak edən Quba Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini Aysel Şeydayeva bu əhəmiyyətli tədbiri Quba rayonunda, ADPU-nun Quba filialında təhsil alan tələbə-gənclər üçün təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.
Rəsmi hissədən sonra keçirilən bilik yarışında ADPU Quba filialının müxtəlif ixxtisaslarında təhsil alan tələbə-gənclərdən ibarət 6 komanda mübarizə aparıb.

Yekunda “Big Bang” komandası birinci, “Sirius” komandası ikinci, “Difai” biliciləri isə üçüncü yeri tutub.
Qalib və mükafatçılar diplom, kubok və medallarla təltif edilib.

Tədbirdə iştirak edən hər bir şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan 185 nəfər Vətən müharbəsi şəhidi haqqında hazırlanmış “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar hədiyyə edilib.
Qeyd edək ki, layihə çərçivəsində bu günədək Siyəzən, Şabran, Qusar və Xaçmaz rayonlarında da yeniyetmə və gənclərin iştirakı ilə tədbirlər keçirilib. Növbəti tədbirin Quba məktəbliləri arasında keçirilməsi nəzərdə tutulub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər