Bakıda müəllim turşudan zəhərlənərək öldü - FOTO
Dərc olunub:
23-11-2022, 13:50
Bakıda müəllim zəhərlənmədən dünyasını dəyişib.
Avrasiya.net xəbər verir ki, bu barədə müəllimin işlədiyi Məktəb Lisey Kompleksi məlumat yayıb.
Bildirilib ki, 1982-ci il təvəllüdlü Şəfəq Əliyeva pomidor turşusundan zəhərlənib.
Səhhəti pisləşən müəllim xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra Ş.Əliyeva dünyasını dəyişib.
Mərhum ailəli olub, iki övladı var.