star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

“AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb

“AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıbNoyabrın 22-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün elan etdiyi növbəti “Təqaüd proqramı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Təqaüd komissiyasının üzvü – "AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayev və müsabiqə qalibləri iştirak ediblər.

Tədbirdə Təqaüd proqramı haqqında ətraflı məlumat verilib, layihənin Cəmiyyətin orta və uzunmüddətli strategiyası çərçivəsində müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların zamanında cəlb olunması planı çərçivəsində ötən ilin sonlarından etibarən həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan sonuncu kurs bakalavr və magistrları əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.

Daha sonra komissiya üzvü “AzerGold” təqaüdünü qazanmış tələbələri təbrik edib, onlara təhsil və karyera həyatında uğurlar arzu edib.

Sonda təqaüd proqramını qazanmış tələbələrə təltifnamə və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, “Təqaüd proqramı” müsabiqəsində iştirak etmək üçün 144 nəfər müraciət edib. Müsabiqənin test imtahanı mərhələsində ən yüksək bal toplamış 20 namizəddən müsahibə mərhələsini keçən 9 tələbə qalib adını qazanıb. Qaliblərdən 5 nəfər Baki Ali Neft Məktəbinin, 3 nəfər Bakı Dövlət Universitetinin, 1 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir.

Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədilə 9 qalibin hər biri üçün 9 ay müddətində aylıq 200 AZN olmaqla, ümumilikdə 1800 AZN məbləğində təqaüdün verilməsinə başlanılacaq. Təqaüd proqramının qalibi olmuş tələbələrin gələcəkdə müvafiq vəzifələr üzrə işlə təmin edilməsi də nəzərdə tutulur.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər