Şabranda gənclər arasında vətənpərvərlik mövzusunda tədbir keçirilib
Şabran rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq ə tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği layihə çərçivəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən layihə rəhəri, təşkilatın sədri Ramin Mahmudov bu layihənin əsas məqsədinin gənclər arasında cətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə dəstək vermək olduğuni bildirib.
Tədbirdə qonaq qismində iştirak edən Şabran Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Nurəli Ağabalayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran Rayonu üzrə Təhsil Sektorunun əməkdaşı Rəşad Məmmədov, Şabran rayonu Ağalıq kənd tam orta məktəbinin direktoru Aysel Quliyeva, Şabran rayonu Uzunboyad kənd tam orta məktəbinin direktor müavini Nail Niftəliyev bu əhəmiyyətli tədbiri Şabran gəncləri üçün təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.
Rəsmi hissədən sonra keçirilən bilik yarışında Şabran rayonunun müxtəlif məktəblərində təhsil alan şagirdlərdən və gənc müəllimlərdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda Rəhimli kəndinin yeniyetmə və gənclərindən ibarət “Rəhimli” komandası birinci, Padar kəndini təmsil edən eyniadlı komanda ikinci, Ağalıq kəndinin bilicilərindən ibarət “Zərbə” komandası üçüncü yeri tutub.
Qalib və mükafatmılar diplom, kubok və medallarla təltif edilib.
Tədbirdə iştirak edən hər bir şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan 185 nəfər Vətən müharbəsi şəhidi haqqında hazırlanmış “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar hədiyyə edilib.
Layihə çərçivəsində növbəti tədbirlərin Xaçmaz və Quba rayonlarında da keçirilməsi nəzərdə tutulub.