Azər Ayxanın saytı fəaliyyətə başladı
Dərc olunub:
15-11-2022, 11:08
Əməkdar jurnalist Azər Ayxanın baş redaktoru olduğu Globalinfo.az adlı yeni sayt bu gündən fəaliyyətə başlayıb.
Avrasiya.net xəbər verir ki, sayt avqust ayından test rejimində çalışır, sentyabr ayından onlayn yayımdadır.
Noyabrın 7-dən saytın ilkin heyəti formalaşıb və ofisə köçüb. Artıq 8 gündür sayt özəl xəbərlər, müsahibələr, açıqlamalar və təhlillər dərc edir.