Sizin Reklam Burada

“Vikipediya”nın gürcü dili bölməsində Şuşa haqqında məqalə yaradan könüllülər təltif olunublar

“Vikipediya”nın gürcü dili bölməsində Şuşa haqqında məqalə yaradan könüllülər təltif olunublar“Vikipediya”nın gürcü dili bölməsində Şuşa ilə bağlı məqalə yaradan könüllülər təltif olunublar. Belə ki, Gürcüstanda yaşayan gənc soydaşlarımıza “Qorqud” Vikipediya Metodik Klubunun diplomları təqdim olunub.

Bu barədə Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Marneuli Vikipediya Klubu"nun gəncləri Qasım Əliyev, Emin Binnətov, Aytəkin Allahverdiyeva, Emil Allahverdiyev, Zülfinaz Əliyeva, Tahir Mahmudov Türkan Əliyeva Marneuli şəhərində fəaliyyət göstərən “İnkişaf və Təhsil Mərkəzi”, “Vikimedia”nın Gürcüstandakı nümayəndəliyi və “Qorqud” Vikipediya Metodik Klubunun birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə iştirak ediblər. Könüllülər “Şuşa İli” çərçivəsində azad ensiklopediyanın gürcü dili bölməsində yaratdıqları məqalələrə görə “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən diploma layiq görülüblər. Diplomları “İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov təqdim edib.

“Könüllülər “Şuşa İli” çərçivəsində uğurlu fəaliyyət göstəriblər. Gənc könüllülər Şuşanın tarixi, kəndləri, görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradıblar. Ümumilikdə 50-yə yaxın məqalə yaradılıb və əsaslı şəkildə redaktə olunub. Əsas niyyət gürcü oxucularını qədim şəhərimizin zəngin mədəniyyəti, tarixi haqqında məlumatlandırmaqdır.

Könüllülərimiz təkcə “Şuşa İli” ilə kifayətlənməyəcək, fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər. Komandanın formalaşmasında Marneuli şəhərində fəaliyyət göstərən “İnkişaf və Təhsil Mərkəzi”nin sədri Emin Əhmədovun və “Vikimedia”nın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mehman İbrahimovun xidmətləri danılmazdır”, - deyə Elnur Eltürk qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər