Özbəkistan nümayəndə heyəti Elmi Tədqiqat İnstitutunda olub
Özbəkistan Termez Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutunun nümayəndə heyəti Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də olublar.
Avrasiya.net xəbər verir ki, İnstitutun direktoru İbrahim Cəfərov qonaqlara institutun yaranma tarixi, aparılan elmi tədqiqatlar, əldə etdiyi nəticələr barədə geniş məlumat verib. Bundan əlavə, institutun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi istiqamətində görüləcək işlərdən söz açıb.
Sonra Termez Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutunun rektoru Jurayev Abduqaffor Safaroviç təmsil etdiyi universitetin fəaliyyəti haqqında məlumat verib.
Görüşdə əməkdaşlıq prespektivləri məsələləri müzakirə olunub.