star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Xaricdə tibb təhsili alanların nəzərinə - İmtahanlar başlayır

Xaricdə tibb təhsili alanların nəzərinə - İmtahanlar başlayırMDB ölkələri və Ukraynada tibb təhsili almış şəxslərin diplomunun tanınması üçün imtahan keçiriləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası qərar qəbul edib.

Sənəd qəbulu noyabrın 11-dən dekabrın 1-dək davam edəcək.

Qeyd edək ki, bu qərar 2011-ci ildən tibb təhsilində rezidentura səviyyəsi tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərə aiddir.

İxtisaslar üzrə sual topluları Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilib. Sual topluları ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz:

Anesteziologiya-reanimatologiya
Daxili xəstəliklər
Dermatovenerologiya
Kardiologiya
Qastroenterologiya
Mamalıq-ginekologiya
Nevrologiya
Neyrocərrahiyyə
Oftalmologiya
Onkologiya
Ortodontiya
Otorinolarinqologiya
Pediatriya
Plastik cərrahiyyə
Travmatologiya-ortopediya
Urologiya
Ümumi cərrahiyyə
Ürək damar cərrahiyyəsi
Şua diaqnostikası
Psixiatriya
Neonatologiya Endokrinologiya

İmtahanın nəticəsi barədə məlumatı imtahan keçirildiyi gündə elektron səhiyyə portalında “Şəxsi kabinet” vasitəsi ilə əldə etmək mümkün olacaq. İmtahanın nəticələrindən narazı qalan iştirakçıların müraciətlərinə onların iştirakı ilə Komissiya tərəfindən baxılacaq.

İmtahanda uğur qazanmış şəxslər göndəriş verilməklə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 6 aylıq kurslara cəlb ediləcəklər. Kursu bitirən şəxslərə Komissiyanın qərarı əsasında Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə təqdim olunacaq və Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisələrinə müqavilə əsasında 1 (bir) il müddətinə iş yerinə göndəriş veriləcək.

Ərizə qəbulu bitdikdən sonra ixtisaslar üzrə imtahan tarixləri barədə əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.

Qeyd edək ki, bu tədbirlər müvəqqəti xarakterli olub, qüvvəsi xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin rezidenturaya qəbulu ilə bağlı aidiyyəti normativ hüquqi aktlara dəyişikliklər barədə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış layihə təkliflərinin qüvvəyə minməsinə qədərdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər