Azərbaycanla sərhəddə erməni əsgəri yaralandı
Dərc olunub:
10-11-2022, 14:41
Ermənistan ordusunun əsgəri odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə Azərbaycanla şərti sərhəddə baş verib. Əsgərin vəziyyətinin ağır olduğu bildirilib.