Sizin Reklam Burada

Xətaidə 8 Noyabr - Zəfər Gününə həsr olunan təntənəli tədbir təşkil edilib

Xətaidə 8 Noyabr - Zəfər Gününə həsr olunan təntənəli tədbir təşkil edilibTədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Mixail Zabelin, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Xətai rayon prokuroru Sərdar İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Vətən Müharibəsi Qəhrəmanları Anar Mirzəyev, Zaur Quliyev, Raqif İsrailov, Nizami Mövlanov, Xalq artisti şəhid atası Əli Nur, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, şəhid ailələri, qazilər iştirak ediblər.

Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. H.Əliyev adına Hərbi İnstitun orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib.

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir.

Digər çıxış edənlər vurğulayıblar ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.

Çıxışçılar həmçinin dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışıb, buna görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər. Tədbirdə tanınmış incəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Tədbirdə həmçinin şəhid Seymur Baxışovun 12 yaşı tamam olan oğlu Amin Baxışovun doğum günü də qeyd edilib. Bu münasibətlə tort kəsilib, iştirakçılar Amini təbrik ediblər.

Sonda şəhid ailələrinə şəhidlərin şəkilləri əks olunmuş xatirə suvenirləri təqdim olunub.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər