Sizin Reklam Burada

"Vətən müharibəsi. Dəmir Yumruğun zəfər müjdəsi”

"Vətən müharibəsi. Dəmir Yumruğun zəfər müjdəsi”Tarixi zəfər və böyük qayıdış yolunda əmin addımların atıldığı qarabağ münaqişəsinə qələbəmizin rəmzi olan Qarabağ Azərbaycandır və nida cümləsinin son qoyduğu möhtəşəm tarixin yazıldığı gündür bu gün. Ali Baş Komandanımızın başçılığı ilə, rəşadətli ordumuzun gücü ilə 30 illik arzularımız gerçək oldu. Bu gün üçrəngli bayrağımız əzəli və əbədi torpaqlarımız olan Qarabağın səmalarını bəzəyir. Bu gün Azərbaycan torpaqlarından zəfər qoxusu gəlir. Suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz üçrəngli bayrağımız 30 ildən sonra işğaldan azad olunan torpaqlarda  əzəmətlə dalğalanır. Dövlətimizin başçısı artıq tarixə dönmüş 44 günlük möhtəşəm “Zəfər yürüşü” sayəsində Qarabağı düşmən iş­ğalından azad edib və Azərbaycanı dünyaya qalib dövlət, millətimizi qalib millət kimi tanıtdı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 8 noyabr 2020-ci il tarixində dünyanı mat qoyan misilsiz əməliyyatı ilə Şuşada bir daha enməyəcək üçrəngli bayrağımızı ucaltdı! Prezidentimiz Cənab İlham Əliyevin gücü və iradəsi, xalqımızın və ordumuzun sarsılmaz vəhdəti dəmir yumruğa çevrilərək məkrli düşməni darma­dağın elədi. Vətən müharibəsi Dəmir Yumruğun zəfər müjdəsi ilə tarixə düşdü. Bu bizim Vətən müharibəmizin tarixi Qələbəyə ucalan zirvəsidir. Biz hərbi və siyasi müstəvidə qələbə qazandıq. Çoxəsrlik tariximizə yeni Zəfər tarixini yazan Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin  siyasi varisi ata vəsiyyətini gerçəkləşdirdi. Artıq Ulu Öndərin ruhu şaddır. Azərbaycan xalqı xoşbəxtdir ki, xalqa qələbə qazandıran İlham Əliyev kimi lideri var.

2020-ci il Tarixə dönüş

Cəbhə xətti boyu atəşə tutulan dinc sakinlər.Erməni vəhşiliyi..
30 il ərzində işğal olunmuş ərazilərimizlə sərhəddə düşmən tərəfindən dəfələrlə atəşkəs pozulmuş, hər dəfə düşmən cavab atəşi ilə susdurulmuşdur. 2020- ci il 27 sentyabr Vətən Müharibəsində Azərbaycan humanizm prinsiplərinə, silahlı münaqişələrlə bağlı yazılmamış qanunlara lazımınca əməl etdi. Bir dəfə də erməni sakinlərinin qaldığı Xankəndini və digər yaşa­yış məntəqələrini hədəf seçmədi. Amma qarşı tərəf dəfələrlə Gəncəni, Tərtəri, Bərdəni, Ağdamı və təmas xəttindən uzaq olan digər rayonları raket atəşlərinə tutdu, nə qədər dinc sakinin qətlinə bais oldu. 44 günlük savaşda təkcə Tərtər rayonuna elə gün olmuşdu ki, 2000 min mərmi düşmüşdü. 40 yaşayış məntəqəsinə 21 qadağan olunmuş raket, 16 mindən çox artilleriya mərmisi atılmışdı. Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər həyatını itirmiş, 70 nəfərdən artıq insan yaralanmışdı.Gəncə şəhəri isə beş dəfə bombalanaraq 26 nəfər həyatını itirmiş, 170-dən çox insan yaralanmışdı. Mülki əhalisinin sıx yaşadığı ərazilərin xüsusi olaraq seçən və davamlı atəşə tutan Ermənistan ordusu bu şərəfsizliklərini xeyli əvvəl-Xocalı soyqırımında dünyaya nümayiş etdirmişdi. İndi isə cəbhə xəttində yerləşən dinc sakinləri atəşə tutmaqla, körpələri qətlə yetirmək və yaralamaqla eyni şərəfsizliyi bir daha nümayiş etdirdi. Ancaq Qısas alınacadı. Çünki bu belədə olmalı idi..

Döyüş meydanında alınan qısas

Ali Baş Komandanın da dediyi kimi, “Biz öz torpaqlarımızda vuruşuruq”.

30 il boyunca heç bir beynəlxaq təşkilatın addım atmadığını, dünya birliyinin işğalçılara göz yumduğunu görən dövlətimiz artıq öz məsələsini özü həll etmək qərarına gəldi. Qanında milli ruh olan, döyüş əzmli xalqımızın mərd igid oğulları – on minlərlə vətəndaşımız könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyə başladı. Böyük qürur hissi ilə bildirmək istərdim ki, qəhrəman Tərtər rayonumuz, Vətən Müharibəsinə igidlər göndərmiş, şəhidlər vermişdir. Təəssüf ki, qalibiyyət itkisiz ola bilməzdi. Əzmlə döyüşən son damla qanına qədər vuruşan döyüşçülərimiz öz əzəli və əbədi torpaqlarımız uğrunda döyüşürdü. Bunun əksinə olaraq erməni əsgərləri ümumi səfərbərlik nəticəsində zor gücünə toplanır, məcburi olaraq Qarabağ bölgəsinə gətirilirdi. Onlar çox gözəl bilirdi ki bu torpaqlar Azərbaycanındır. Heç kim özünə aid olmayan ərazi uğrunda həyatını təhlükəyə atmaq istəməz. 30 il ərzində ordumuzun hərbi təchizatı yüksək səviyyəyə çatdırılmış, mükəmməl hərbi texnikalar satın alınmışdı. Həmçinin rəşadətli ordumuzun igid əsgərləri düşmənə amansız zərbələr endirdi. Onların döyüş əzmi bütün dünyaya səs saldı. Vaxtilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə susan dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın öz qüdrəti ilə əzəli torpaqlarını işğaldan azad etdiyinin şahidi oldular. Ordumuz kağız üzərində qalan BMT qətnamələrini öz gücünə icra etdi.

Təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında qazandığımız qələbə.

Ümumiyyətlə informasiya müharibələri heç vaxt bitmir.
44 gün ərzində müxtəlif kütləvi informasiya vasitələrinə, 35 müsahibə verən Azərbaycan Prezidenti bütün dünya ilə danışırdı və bu, onun şüurlu seçimi idi. O başa düşürdü ki, haqq sözünün, dəqiq informasiyayla çatdırılması çox vacib idi. İnformasiya cəbhəsində ən güclü silah həqiqətdir İlham Əliyev bunu çox gözəl bilirdi və yorulmaq bilmədən danışır güclü iradəsi ilə bütün dünyanı mat qoymuşdu. 44 gün ərzində cəbhədəki şanlı qələbəmizlə yanaşı Azərbaycan Prezidenti və xalqı informasiya cəbhəsində də üstünlüyü əlinə aldi.
Xalqımız həqiqətləri dünyaya çatdırmaq üçün sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsində də qalib gəldi. Bu qalibiyyətin başında da Ali Baş Komandan dururdu. İlham Əliyevin müzəffər ordumuzun uğurları ilə eyni vaxtda informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsini dünya birliyinə və mediasına çatdırdı.

Əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığı

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdiriblər. Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq.44 günlük Vətən müharibəmizin ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çoxu üçün mesaj idi, yəni, “kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın” anlamını ifadə edirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi.Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.
Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakının ən böyük meydanı olan “Azadlıq meydanı”nda möhtəşəm Zəfər Paradı keçirildi. Xüsusi vurğulamaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər Paradında Prezident İlham Əliyev ilə çiyin-çiyinə dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

8 noyabr - Zəfər Günü

44 günlük şanlı Vətən müharibəsi nəticəsində Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu bəyanat nəticəsində Kəlbəcər, Ağdam və Laçın da Azərbaycana qaytarıldı. Uzaqgörən liderimizin bu razılaşmaya imza atmasının səbəbi daha çox qan tökülməsinin qarşısını almaq idi. 44 günlük şanlı qələbə şəhidlərimizin və öz sağlamlıqlarını qurban verən qazilərimizin canı və qanı bahasına əldə olundu.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, müharibə iştirakçılarımıza can sağlığı diləyirik. Şəhid, qazi və müharibə iştirakçılarının övladları və ailələrinə daha çox diqqət göstərməli, hər daim qayğısına qalmalıyıq bu bizim borcumuzdur.

Böyük qayıdış izi ilə..

Tarixboyu danışılacaq Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra artıq ölkəmizin həyatında yeni mərhələ-quruculuq, inkişaf, işğaldan azad edilmiş torpaqlarımızın bərpası dövrü başlayır. Torpaqlarımız 30 ildir ki, məruz qaldıqları erməni vandalizmindən can qurtardı və öz doğma sahiblərinə qaytarıldı. Bundan sonra dövlətimiz, xalqımız və biz gənclərin qarşısında duran əsas məsələ igidlərimizin canı-qanı bahasına işğaldan azad etdiyi həmin əraziləri dirçəltmək, o torpaqlara həyatın, canlılığın qaytarılmasını təmin etməkdir. Bu istiqamətdə artıq bir çox addımlar atılmış, əməli fəaliyyətə start verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Zəfərin yaşatdığı qürurla daim yaşamağı,dalğalanan bayrağımızın hər zaman yüksəklərdə olmasını arzu edirik. Qarabağ Azərbaycandır!

Zəfər Günümüz mübarək !

Nəcmiyyə Zeynalzadə
Tərtər rayon- Heydər Əliyev Mərkəzinin əməkdaşı,
YAP fəalı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər