DTX-nin saxladığı nazir müavini işə çıxdı
Dərc olunub:
3-11-2022, 10:29
Nazirin birinci müavini Elnur Əliyev işə nəyə görə, hansı səbəblə çıxmamalıdır ki? Yayılan məlumatla bağlı hər hansı rəsmi orqanın açıqlaması axı yoxdur.
Bu sözləri Axar.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova deyib.
Qeyd edək ki, nazirin birinci müavini Elnur Əli oğlu Əliyevin noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərəfindən xüsusi əməliyyatla saxladığı bildirilmişdi. Bu gün isə Oxu.az onun işə çıxmasıyla bağlı məlumat yayıb.