Hindistan Səfirliyində müntəzəm yoqa dərslərinin rəsmi açılış mərasimi keçirilib

Hindistan Səfirliyində müntəzəm yoqa dərslərinin rəsmi açılış mərasimi keçirilib1 noyabr 2022-ci il tarixində Hindistanın Bakıdakı Səfirliyində müntəzəm yoqa dərslərinin rəsmi açılış mərasimi baş tutub. Tədbir yoqa ilə məşğul olanları və yoqa həvəskarlarını, sağlam həyat tərzinin tərəfdarlarını və Hindistan mədəniyyətini sevənləri bir araya gətirib.

İlk sessiya yoqa təcrübəsindən asılı olmayaraq istənilən şəxsə yoqanı öyrətməkdə geniş biliyə və təcrübəyə malik olan tanınmış yoqa müəllimi cənab Kənan Məmmədov tərəfindən aparılıb.

Tədbirin açılışında Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Vinay Kumar iştirakçıları salamlayıb və qeyd edib ki, Səfirlik əvvəllər 21 İyun – Beynəlxalq Yoqa Günü ilə əlaqədar yalnız iyun ayı ərzində əsas yoqa sessiyalarını keçirdisə, bundan sonra yoqa dərsləri hər çərşənbə axşamı və cümə günləri Səfirlikdə müntəzəm olaraq keçiriləcək. Sağlam həyat tərzi və rifahın yaxşılaşdırılması üçün yoqanın əhəmiyyətini xatırladan müvəqqəti işlər vəkili iştirakçılardan qarşıdan gələn pulsuz yoqa dərslərində də iştirak etməyi xahiş edib. O, həmçinin cənab Kənan Məmmədova öz təşəkkürünü bildirib və yoqa seansının faydalı və məhsuldar keçməsini arzulayıb.

Qeyd edək ki, Hindistan Səfirliyi hər çərşənbə axşamı saat 18:00-dan 19:00-dək və hər cümə günü səhər saat 09:00-dan 10:00-a kimi ödənişsiz müntəzəm yoqa dərsləri keçirəcək.

Yoqa dərslərinə qoşulmaq istəyən hər kəs [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilər. Yerlərin sayı məhdud olduğuna görə iştirakçılar “ilk gələnə ilk xidmət” prinsipi ilə qəbul olunacaqlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər