Sizin Reklam Burada

"Zəngilan Hava Limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir"

"Zəngilan Hava Limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir" 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Torpaqlarımız azad edildikdən sonra erməni vandallığına məruz qalmış ərazilərimizdə infrastrukturun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə start verildi və qısa vaxt ərzində mühüm layihələrin icrası həyata keçirildi.

Bütün bunlar öz torpaqlarından məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın el-obalarına qayıtmasını, “Böyük Qayıdış”ı təmin etmək üçündür. Xüsusi olaraq qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə icra edilən bu layihələr heç bir dövlətdən borc və ya kredit almaq yolu ilə deyil, Azərbaycan dövlətinin öz imkanları hesabına həyata keçirilir. Dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Məhz bunun nəticəsidir ki, qısa zaman içərisində həmin ərazilərimizdə inanılmaz işlər görülüb.

Belə ki, Azərbaycan dövləti tərəfindən avtomobil və dəmir yolları, tunellər və körpülər inşa edilir, elektrik, qaz və su xətləri çəkilir, yeni hava limanları tikilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa edilmiş ikinci beynəlxalq aeroport – Zəngilan Beynəlxalq Hava Limanın açılışı olmuşdur. Oktyabrın 20-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı daha bir əlamətdar hadisəyə çevrilmişdir. Zəngilan Hava Limanının açılışı təkcə ölkəmiz üçün deyil, ümumilikdə regionumuz üçün böyük əhəmiyyətə malikdir. Zəngilan şəhərinin azad edildiyi gündə bu hava limanının açılması xüsusi məna daşıyır.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, biz Azərbaycan xalqı olaraq Vətən müharibəsində əldə etdiyimiz böyük qələbədən sonra öz doğma torpaqlarımıza qayıtmışıq. Mənfur düşmənimizin törətdiyi dağıntılar bizi az da olsa məyus etsə də heç bir zaman ruhdan düşmürük. Çünki bizim üçün önəmli olan torpağın üstündəkilər deyil, torpağın özüdür.

Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri ilə bir daha dünyaya sübut etdi ki, Qarabağ Azərbaycan torpağıdır, Cənab Prezidentimizin də dəfələrlə vurğuladığı kimi, biz azad edilmiş bütün torpaqlarımızı bərpa edəcəyik və keçmiş məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız da yaxın gələcəkdə doğma yurdlarına qayıdacaqlar.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər