Sizin Reklam Burada

Şöbədə arvadını öldürən polislə bağlı - Qərar

Şöbədə arvadını öldürən polislə bağlı - QərarArvadını öldürməkdə təqsirli bilinən Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun barəsində hökmdən verilmiş şikayətə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, İsmayıl Məmmədovun barəsində olan cəzanın yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin olunmayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti mülki iddia hissəsində qismən təmin olunub. Zərərçəkmiş tərəfin İsmayıl Məmmədova qarşı qaldırdığı mülki iddianın məbləği artırılıb və 10 min manat təzminatın İsmayıl Məmmədovdan tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi barədə qərar qəbul edilib.

Hökmün cəza hissəsi isə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Birinci instansiya məhkəməsində zərərçəkmişin hüquqi varisinin qaldırdığı 205 min manatlıq mülki iddiadan yalnız 8 min manatı təmin olunmuşdu.

İttihama görə, ötən ilin sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsində Xanım Məmmədovanın qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov qeyd edilən tarixdə xidmətdə olarkən Nizami RPİ-nin 24-cü polis şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq onu qəsdən öldürüb.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər