Sizin Reklam Burada

QHT sədrinin Türk Dünyası Bələdiyyələr Birliyinin mərkəzi ofisində görüşü keçirilib

QHT sədrinin Türk Dünyası Bələdiyyələr Birliyinin mərkəzi ofisində görüşü keçirilib“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqlinin Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Baş katibi Fəxri Solakla təşkilatın İstanbul şəhərindəki mərkəzi ofisində görüşü keçirilib.

Görüşdə TDBB-nin Baş katibi Fəxri Solak Azərbaycan-Turkiyə bələdiyyələrinin təcrübə mübadiləsi çərivəsində təşkilatın həyata keçirdiyi layihələrdən danışaraq əlaqələrin inkişafında maraqlı olduqlarını xüsusilə qeyd edərək, əlaqələrin inkişafında Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının xüsusi rolu olduğunu da bildirib. İki qardaş ölkə arasında bütün istiqamətlərdə əməkdaşlıq əlaqlərinin yüksək səviyyədə olmasından məmnunluq hissi keçirdiyini və bələdiyyələr arası əlaqələrində bu səviyyəyə çatdırlmasının vacibliyini vurğulayb. Baş katib artıq indidən növbəti il üçün bununla bağlı TDBB-nın layihələrinin hazırlandığını qeyd edib.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqli sədri olduğu təşkilatın həyata keçirdiyi layihələrə toxunaraq hazırda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin "Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması" mövzusunda keçirilən layihənin icra edildiyini bildirib. Hazırda ölkə bələdiyyələrinin inkişafında, onların fəaliyyəi zamanı qarşılaşdıqları problemlərinin həllində Türkiyə tərübəsinin öyrənilməsinin xüsusi önəm daşıdığını qeyd edən sədr, bu gün ətraf mühitin qorunmasnda Türkiyə bələdiyyələriylə tərcübə mübadiləsinin aparılmasına ehtiyac olduğunu bildirib.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri də müzakirə edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər