“Yurd” Xaçmazda Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirib

“Yurd”  Xaçmazda Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçiribXaçmaz şəhər 7 nömrəli tam orta məktəbinin akt zalında “Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə turnir keçirilib.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd zəfərimizlə başa çatan Vətən müharibəsinin gənc nəsil arasında təbliğ edilməsinə dəstək verməkdir.

Tədbirdə qonaq qismində iştirak edən Xaçmaz Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi, Vətən müharibəsi iştirakçısı, “Cəsur döyüşçü”, Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunmuş Tariyel Didarov, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun əməkdaşı Mövlan Əkbərov, Vətən müharibəsi iştirakçıları- Xocavəndin, Füzulinin, Cəbrayılın, Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunmuş baş gizir Nəriman Qurbanov, Şuşanın, Füzulinin azad olunmasına görə, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş Zeynal Məmmədov, Suqovuşanın azad olunmasına görə medalı ilə təltif olunmuş Həzrətəli Əliyev öz çıxışlarında bu kimi tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin artırılmasında müsbət əhəmiyyətə malik olduğunu qeyd etmiş və layihənin həyata keçirilməsində Xaçmaz rayonunu da seçdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildirmişlər.

Xaçmaz rayonunun müxtəlif kənd və qəsəblərində yaşayan və təhsil alan 30 nəfər yeniyetmə və gəncdən ibarət komandaların bilik mübarizəsində “Turan” komandası qalib adını qazanıb. “Odlar yurdu” və “İstiqlal-1” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.

Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən kubok, medal və diplomlar, bütün iştirakçılara isə layihə çərçivəsində hazırlanmış Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Qubadan olan ümumilikdə 186 nəfər Vətən müharibəsi şəhidi haqqında məlumatların yer aldığı “Zəfərin şəhid qəhrəmanları” adlı kitablar təqdim edilmişdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunur.
Bildirk ki, layihə çərçivəsində bu günədək Xızı, Siyəzən və Şabran rayonlarında keçirilən tədbirlərdə 100 nəfərə yaxın yeniyetmə və gənc iştirak etmişdir. Növbəti tədbirlərin Quba və Qusar rayonlarında da keçirilməsi planlaşdırılmışdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər