star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

QHT Saatlıda məişət zorakılığı mövzusunda tədbir keçirib - Foto

QHT Saatlıda məişət zorakılığı mövzusunda tədbir keçirib - FotoOktyabrın 19-da Saatlı İcra Hakimiyyətinin, təhsil, səhiyyə, mədəniyyət, polis, bələdiyyə və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Saatlı rayonunda dəyirmi masa keçirilib.

Dəyirmi masa Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən icra olunan “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” adlı layihə çərçivəsində təşkil olunub.

Bu barədə Avrasiya.net-ə təşkilatın sədri Nailə İsmayılova məlumat verərək bildirib ki, dəyirmi masa ətrafında məişət zorakılığının baş vermə səbəbləri, növləri, müdafiə və mübarizə üsulları müzakirə olunub.

Müzakirələrdə Saatlı RİH yanında Yetkin Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyasının məsul katibi Mehriban Ağayeva, Saatlı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Catmayanların Proflaktik İşinin Təşkili Qrupunun inspektoru İbrəhim Behbudzadə, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı Təhsil sektorunun metodisti, gender zorakılığının monitorinq qrupunun üzvü Ülkər İslamova, Saatlı RMX-nın RHŞ-nin ASM şöbəsinin mama-ginekoloqu, şöbə müdiri Arzu Əsədova, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzin direktoru, gender zorakılığının monitorinq qrupunun üzvü Aidə İbrahimova, mərkəzin könüllüsü Türkan Həsənova, layihə icraçıları - layihə rəhbəri Nailə İsmayılova, layihə üzrə ekspert Samirə Mustafayeva və hüquqşünas Fariz Əkbərov dəyərli fikirləri və mövzu ətrafındakı mülahizələri ilə iştirakçılara maarifləndirici məlumatlar veriblər. Mövzunun izahını əks etdirən video material nümayiş etdirildi.

İştirakçılara layihə çərçivəsində çap materialları - kitabçalar və bukletlər paylanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər