Sizin Reklam Burada

Tələbə mobilliyinə mane olan problemlər araşdırılır

Tələbə mobilliyinə mane olan problemlər araşdırılırAzərbaycan öz təhsil sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətini də məhz bu prinsip təşkil edir. Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir.

Bu prosesə dəstək məqsədilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi sentyabrın 1-dən icrasına başladığı “Tələbələrin akademik mobillik problemləri ilə bağlı tədqiqat işinin aparılması” layihəsi çərçivəsində bir sıra uğurlu nəticələrə imza atmışdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı həyata keçirilən layihənin məqsədi təhsilin inkişafına xidmət etmək, xüsusilə, tələbə mobilliyi sahəsində olan problemlərin aradan qaldırılmasında innovativ tədqiqatlar apararaq, ölkəmizin təhsil sisteminin Avropa təhsilinə daha sıx inteqrasiyası olmuşdur.

İctimai Birlik bu istiqamətdə işlərə start verdiyi vaxtdan daxili mobilliklə bağlı problemlərin təhlilini həyata keçirib. Azərbaycanda fəaliyət göstərən universitetlərin tədris planlarına daxil etdikləri seçmə fənlərin adlarının və məzmunun Avropa universitetlərində tədris edilən fənlərlə uyğunluğu ilə bağlı araşdırma aparıb. Eyni ixtisaslar üzrə təklif edilən fənlər arasındakı fərqləri aşkarlayıb. Müasir tələblərə cavab verən və daha çox praktik əhəmiyyəti olan fənlər blokunun seçilməsi və ixtisaslar üzrə fənlər blokunun formalaşdırılması üçün təkliflər hazırlayıb.

Bundan başqa İctimai Birlik beynəlxalq mobilliklə bağlı problemlərin təhlilini də aparır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və tədrisi məcburi olan fənlərlə Avropada fəaliyyət göstərən universitetlərdə tədris edilən fənlərin müqayisəsini həyata keçirir.

Həmçinin Azərbaycan təhsil sisteminin Avropa təhsilinə inteqrasiyası və ona mane olan problemlər, tələbə mobilliyinin qarşısını alan məsələlər və onun həlli yollarından bəhs edən dörd ədəd məqalə hazırlanaraq mediada çap etdirilib. Məqalələrdə beynəlxalq təcrübəyə də istinad edilib və ölkəmizdə bu sahədə olan problemlərin həlli ilə bağlı müvafiq təkliflər yer alıb.

İctimai Birlikdən verilən məlumatda qeyd edilir ki, hazırda təhsil sahəsində olan əsas problemlərdən biri də beynəlxalq tələbə mobilliyinin təmin edilməsi ilə bağlıdır. Çünki Boloniya prosesinə qoşulan ölkələrdə fənlərin adları, məzmunu və onlara ayrılan kreditlərlə ölkəmizdəki ali təhsil müəssisələrində tədris edilən fənlər arasında ciddi fərqlər var.

“Daxili mobilliklə bağlı da problemlər mövcuddur. Belə ki, eyni ixtisaslı kadrlar hazırlayan universitetlərdə tədris olunan fənlər arasında uyğunsuzluq olduqca çoxdur. Fənlərin məzmun mahiyyətləri isə müqayisəyə gəlmir. Çünki burada hər hansı oxşarlıq da yoxdur. Bütün bunların nəticəsində tələbələr mobillik proqramında iştirakdan imtina etmək məcburiyyətində qalırlar” – İctimai Birlikdən verilən məlumatda deyilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər