Sizin Reklam Burada

"Şagirdlərimizin milli vətənpərvər ruhda tərbiyə olunmasını təmin etməliyik"

"Şagirdlərimizin milli vətənpərvər ruhda tərbiyə olunmasını təmin etməliyik"Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırilması aktual olub. Milli dəyərlərimiz Azərbaycan xalqının formalaşmasına böyük təsir göstərib. Milli dövlətçiliyimizin möhkəmlənməsinə milli dəyərlərimizin böyük təsiri olub. İslam dini bizim milli dəyərlərimizdən ən önəmli faktorlarından biridir. 70 illik sovet rejimində xalqımız öz milli dəyərlərini gizlin şəkildə olsa da qoruyub saxlayıb.

Bunu Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru Rəşad Rəhmanov deyib.

R.Rəhmanov deyib ki, Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezidentimiz İlham Əliyev milli dəyərlərinizə yüksək qiymər verib onları qoruyub. Bir çox məscidlər bərpa olunmuş, yeni möhtəşəm məscidlər tikilib. 44 günluk müharibədən sonra torpaqlarıızın bərpası uğrunda bir sira işlər görülüb. Şuşa məscidi bərpa olunur, Zəngilanın tamamilə dağıdılmış məscidi bərpa olunur, Ağdam məscidi bərpa olunub.

Direktor qeyd edib ki, Azərbaycan xalqı qədim milli, mənəvi dəyərləri ilə hər zaman fəxr edib. Gənclərimizin böyüklərimizin dəyərlərinə sədaqət göstərdiklərini, qoruyub, yaşatmaq istədiklərini görmək xoşdur. Milli-mənəvi dəyərlər xalqın sərvətidir. Milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması çox vacibdir. Bu milli dəyərlər dövlətimizin möhkəmlənməsində mühüm rol oynayır.
Ümummilli lider Heydər Əliyev bu barədə deyib: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsilləri əsrlər boyu böyük sınaqlardan keçmiş, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".

Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev məktəbin mənəviyyatca təmiz, Vətən və xalq qədrini bilən, mədəniyyətini, milli adət-ənənələrini, tarixini, elmini dərindən öyrənən gənclər yetişdirmək vəzifəsini çox aydın və konkret şəkildə müəyyənləşdirərək deyirdi: “Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.

Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası və məzmunu yetişən nəslin milli-mənəvi dəyərlərimizi dərindən mənimsəməsinə bağlıdır. Təsadüfi deyildir ki, dünya şöhrətli siyasi xadim, ulu öndərimiz Heydər Əliyev Azərbaycan gəncliyinin, hər bir ölkə vətəndaşının milli ruhda tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimiz əsasında formalaşmasını bütün mənalı həyatı boyu diqqət mərkəzində saxlamış, bu istiqamətdə dövlət strukturları, tərbiyəçilik təsisatları və institutları, təhsil işçiləri qarşısında böyük və məsuliyyətli vəzifələr qoymuşdur.

Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət qayğısı ilə əhatə olunması həm sosial, həm də mənəvi sahədə keçirilən siyasətin bariz nümunəsidir.

Mənəvi dəyərlərimizin əsasını ailə, böyüklərə ehtiram, humanistlik, mərhəmət, xeyirxahlıq, əxlaq, sülhsevərlik, vətənpərvərlik, dini dəyərlərə hörmət təşkil edir:

"Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin inkişafı sahəsində böyük işlər həyata keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva zəngin milli dəyərlərimizin qorunmasında çox işlər görüb. Həm tariximizin, həm qədim abidələrimizin qorunmasında dövlət rəhbərliyinin rolu böyükdür. Abidələrimizin, musiqimizun qorunmasında böyük rol oynayır.
Günümüzdə, Azərbaycan müasirləşən Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Müasir dünyada sürətlə davam edən qloballaşma prosesi bizim ölkəmizdən də yan keçməyib. Tarix boyu şəxsiyyətlər yetişdirən Azərbaycan həmişə dəyərlərinə sadiq olub. Azərbaycanlı olaraq dəyərlərimizə bağlılıq qürur hissi yaradır. Biz xalq olaraq öz milli dəyərlərimizi unutmamalı, onlara sadiq qalmalıyıq. Bu gün evlərimizdə rahat bir şəkildə oturmağımızı bizim üçün, Vətən üçün canlarında keçən şəhidlərimizə borcluyuq.

Bəzən insanlar müasirliklə dəyərləri səhv salır. Dünyaya gələn hər bir uşaq ailədən sonra cəmiyyətdə böyüyür, tərbiyə alır. Halbuki insanlar gələcəkdə qurmaq istədikləri müasirliyin keçmişimizdən asılı olduğunu başa düşməlidir. Xarici filmlər, sosial şəbəkələr vasitəsi ilə dünyaya inteqrasiya edən gənclərin psixologiyasına təsir edən mühüm amillərdəndir".

R.Rəhmanov təhsil sahəsində milli-mənəvi dəyərlərin qorunmasından da bəhs edib. Şəxsiyyətin kamillik dərəcəsi, onun bu istiqamətdə formalaşması prosesi öz-özünə yaranmır. İnsanın mənəvi tərbiyəsi ailədə, məktəbəqədər tərbiyə müəssisələrində, məktəbdən başlayır, sonralar təhsilin yüksək pillələrində möhkəmləndirilir, daha sonralar isə özünütəkmilləşdirmə, ümummədəni səviyyəni artırmaqla davam edir, zənginləşir, mükəmməlləşir. Mənəvi kamilliyin belə yüksələn xətlə inkişafı prosesində məktəbin yeri və rolu böyükdür.

O, deyib ki, təhsil sahəsi ən məsuliyyətli sahədir. Hər bir gəncin savadlı olmasından öncə onun dəyərlərimizə sadiq ruhda böyüməsini təmin etməliyik. İstər-istəməz insanlar arasında gərginlik, stress artır. Bu milli-mənəvi dəyərlərimzə, müəllim-şagird-valideyn münasibətlərinə təsir göstərir. Vətənə, millətə, bayrağa sevgi hələ uşaq yaşlardan aşılanmalıdır. Bəzən şagirdlər arasında erkən nigah hallarına, qızların təhsildən ayrılmasına səbəb olan hallar müşahidə olunsa da dövlət bunun qarşısını alır:

"Gənclərə məktəbdə milli dəyərlərimiz təbliq olunmalıdır. Xüsusilə şagirdləri narkomaniyadan uzaq tutmaq üçün tez-tez tədbirlər, görüşlər keçirilir və şagirdlər narkomaniya, onun fəsadları haqqında maarifləndirilir. Şagirdlər arasında müxtəlif yarışlar keçirilir. Şagirdlərin sağlamlığı üçün bir çox tədbirlər keçirilir. Bu işdə dövlət rəhbərliyi əlindən gələni əsirgəmir. Milli dəyərlərimizin qorunması, kənar təzyiqlərin azalması istiqamətində təhsil ocaqlarında mühüm işlər görülür. Şagird-valideyn-müəllim münasibətləri istiqamətində yeniliklər həyata keçirilir. Mütəmadi olaraq valideynlərlə əlaqə saxlanılır və şagirdləri narahat edən məsələr ətrafinda müzakilər aparılır. Məqsəd sağlam mühit yaratmaq, şagirdləri düzgün istiqamətləndirməkdir. Bizim üzərimizə düşən əsas vəzifə milli mənəviyyatımıza sahib çıxmaq, gələcəyimiz olan şagirdlərimizin milli vətənpərvər ruhda tərbiyə olunmasını təmin etməliyik".
Təəssüf ki, bəzən şağirdlər arasında qaydalara əməl etməyən, özündən böyüyə qarşı hörmətsizlik edənlərə də rast gəlinir. Təbii ki, bunlar mühitun düzgün qurulmamasından, şagirdin ailədə və məktəbdə diqqətdən kənarda qalmasından, eyni zamanda qərbin inteqrasiyasının da, sosial şəbəkələrin də günahı var. Xalqına, torpağına, milli dəyərlərinə sahib çıxan nəsillər yetişdirməliyik".

Rüstəm Cəfərov

Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» layihəsi çərçivəsində hazırlanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər