Sizin Reklam Burada

“Yurd” Şabran rayonunda Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirib

“Yurd” Şabran rayonunda Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçiribŞabran rayon Ağsaqqallar Evində “Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə turnir keçirilib.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd zəfərimizlə başa çatan Vətən müharibəsinin gənc nəsil arasında təbliğ edilməsinə dəstək verməkdir.

Tədbirdə qonaq qismində iştirak edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayon təhsil sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı Emin Mövsümov, Şabran Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Musa Hüseynov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayon təhsil sektorunun əməkdaşı Rəşad Məmmədov öz çıxışlarında bu kimi tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin artırılmasında müsbət əhəmiyyətə malik olduğunu qeyd etmiş və layihənin həyata keçirilməsində Siyəzən rayonunu da seçdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildirmişlər.

Şabran rayonunun müxtəlif kənd və qəsəblərində yaşayan və təhsil alan 30 nəfər yeniyetmə və gəncdən ibarət komandaların bilik mübarizəsində “Şuşa” komandası qalib adını qazanıb. “Zəfər yolu” və “Samir” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.

Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən kubok, medal və diplomlar, bütün iştirakçılara isə layihə çərçivəsində hazırlanmış Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Qubadan olan ümumilikdə 186 nəfər Vətən müharibəsi şəhidi haqqında məlumatların yer aldığı “Zəfərin şəhid qəhrəmanları” adlı kitablar təqdim edilmişdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunur.
Layihə çərçivəsində bu günədək Xızı və Siyəzən rayonlarında Vətən müharibəsinə həsr olunmuş tədbirlər keçirilmiş növbəti tədbirlərin Quba, Qusar və Xaçmaz rayonlarında da keçirilməsi planlaşdırılmışdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər