Sizin Reklam Burada

Hər bir QHT öz kommunikasiya strategiyasını özü seçir

Hər bir QHT öz kommunikasiya strategiyasını özü seçirYaxud QHT-lər mətbuat və sosial media ilə işləməyi bacarırlarmı?

(Əvvəli 7 oktyabr tarixində)

Əvvəlki illərin rəqəmlərinə baxsaq, sosial şəbəkə istifadəçilərinin auditoriyası 1,85 (1,858,450,660) milyarddan, internet istifadəçilərinin ümumi auditoriyası isə 2 milyard nəfərdən çoxdur (təxminən 2 milyard 640,432,161 milyon). Hazırda Avropada bu rəqəm 539,397,504 milyondur ki, bu da 2007-ci illə müqayisədə 56% çoxdur. 2014-cü ilin əvvəlinin araşdırmalarına görə Avropanın, ümumilikdə, 738,853,985 milyon əhalisindən təxminən, 300 milyon nəfəri aktiv sosial media istifadəçisidir. Bu rəqəm bölgənin ümumi əhalisinin, təxminən, 40%-i deməkdir.

Avropada sosial media istifadəçilərinin 90%-dən çoxu 16-24 yaş arası gənclərdir və onlar sosial media cəmiyyətinin ayrılmaz hissəsinə çevrilib. Qeyd edək ki, bu rəqəm çox sürətlə artmaqda davam edib.

Bu müqayisənin fonunda diqqəti özümüzə cəlb etmək istərdik. Vəziyyət oxşardır. Sosial media istifadəçiləri arasında gəncliyini arxada qoymuş orta yaşlıların üstünlüyü getdikcə artır. Bu halda isdə QHT-lərin fəaliyyəti üçün daha əlverişli şərait və bitkin auditoriya formalaşmış olur.

Prof. Dr. Nejat Bora Sayan: Medianin QHT-lərə diqqəti son nəticədə cəmiyyət üçün də yararlıdır

Bu yerdə qardaş Türkiyə nümunəsinə nəzər salmaq istərdik. Türkiyədə QHT-lərin mətbuat və sosial media ilə əməkdaşlığı hansı mexanizm əsasında baş tutur və bu, tərəfləri qane edirmi?

Araşdırmaların nəticəsi olaraq bu suala cavab verməzdən əvvəl qeyd edək ki, Türkiyədə də qeyri-hökumət təşkilatları ən müxtəlif sahələri əhatə edir. Onların arasında gənclərlə əlaqəli, onların maraqlarından çıxış edən QHT-lər sayca üstünlük təşkil edir və bəlli yaş qrupunu əhatə edən auditoriyaya uyğun olaraq, belə QHT-lərin fəaliyyəti mətbuatın, sosial medianın daha çox diqqətini cəlb edir.

Bununla bağlı həmsöhbət olduğumuz insanlar məsələyə müxtəlif prizmalardan yanaşma sərgilədilər. Məsələn Türk-Yapon Vəqfinin başqanı Prof. Dr. Nejat Bora Sayan dedi ki, Azərbaycanda olduğu kimi Türkiyədə də QHT-lərin mediaya çıxışı üçün birinci tərəfin xüsusi fəallığı mühüm rol oynayır: “Öncə onu deyim ki, biz adətən media ilə əməkdaşlıqda maraqlıyıq. O cümlədən Türk-Yapon Vəqfi olaraq media ilə əməkdaşlığın fəaliyyətimiz kontekstində qurulmasına üstünlük veririk .Yəni çalışırıq ki, iki ölkə arasında mədəni, iqtisadi, elmi və digər sahələrdə inkişaf edən əlaqələrlə bağlı mediada daha çox məlumatların dərcinə nail olaq. Ümumilikdə isə media bəzən QHT-lərə böyük diqqət ayırmır. Halbuki hesab edirəm bu dəstək və maraq çox olmalıdır. Çünki medianin QHT-lərə diqqəti son nəticədə cəmiyyət üçün də yararlıdır”.

Cavid Aydın: Türkiyə QHT-ləri də daha çox sosial mediaya üstünlük verirlər

Həmsöhbət olduğumuz Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydının rəhbərlik etdiyi qurum da qardaş ölkədə öz fəallığı ilə seçilən təşkilatlarından biridir. Onun sözlərinə görə, qardaş ölkədə QHT-lər öz fəaliyyətləri barədə cəmiyyətə daha çox məlumat vermək üçün xüsusilə, sosial medianın imkanlarından yararlanmağa çalışırlar: “ QHT-lər öz fəaliyyətlərini sosial media alətlərinin köməyi ilə nümayiş etdirməklə yanaşı, hədəf auditoriyasını əlçatan edir, öz aralarında münasibət qurur, koordinasiya yaradır, əlaqələri təmin edirlər”.

Ənənəvi çap mediasına gəlincə, C.Aydının da qeyd etdiyi kimi QHT-lər üçün qəzet səhifələrində görünməyin iki yolu var: “Ölkə daxilində yetərincə populyar, gündəmdə olan QHT-nin, belə deyək, mətbuat dərdi olmur. Belə QHT-lərin xəbərlərini yaymaq, səhifəsində yer vermək üçün mətbuat orqanları özləri, az qala, rəqabətə girirlər. QHT ətrafına çox adam yığıbsa və müxtəlif yaş və sosial statusdan olan kəsimləri maraqlandıran istiqamətdə fəaliyyət göstərirsə, mətbuat özü onlarla bağlı xəbərləri yaymaqda maraqlı olur və bunun üçün heç bir ödəniş, qarşılıq gözləmir. Sadəcə, onunla bağlı xəbəri yaymaqla öz satışına təsir etmək və yaxud baxış sayını artırmaq məqsədi güdür”.

Təsadüfi deyil ki, bu niyyətlə belə QHT nümayəndələri ölkə gündəminə uyğun olaraq mətbuat tərəfindən ekspert, mütəxəssis kimi dindirilir, hadisələrə münasibətləri öyrənilir və fikirləri xəbər şəklində yayımlanır. Bu halda həm QHT-nin, həm də mətbuatın marağı təmin edilir. Eyni münasibəti televiziyalar da sərgiləyir.

3-5 nəfərdən ibarət, tədbirdən tədbirə yada düşən QHT-lərə gəlincə, burada vəziyyət fərqlidir. Belə QHT-lər mətbu orqanla müqavilə bağlayır. Müqavilədə ayda və yaxud həftədə konkret sayda və həcmdə həmin QHT haqqında xəbərlərin yayılması müqabilində ödəniş nəzərdə tutulur. Redaksiya QHT-yə faktura təqdim edir ki, bunun da əsasında razılaşdırılmış məbləğ hesaba köçürülür. Məhz buna görə də Türkiyədə QHT-lər özlərini təbliğ etmək üçün xüsusilə, sosial şəbəkə imkanlarından daha çox faydalanmağa, bu imkanlardan daha səmərəli istifadə etməyə çalışırlar. Sosial şəbəkə profillərini yetərincə aktiv saxlayır, medianın diqqətini çəlb etmək üçün materiallar, xəbərlər hazırlayır və paylaşımlarla daha geniş auditoriyaya çıxmağı hədəfləyirlər.

Bəs bizdə vəziyyət necədir?

Təəssüf ki, aparılan araşdırmaların nəticəsi bizim QHT-lərin bəlli qisminin hələ də sosial medianın imkanlarını yetərincə dəyərləndirmədiyini əks etdirir. Məsələn, ən ağrılı problemlərdən olan gender məsələləri ilə bağlı fəaliyyət göstərən 30-dək QHT-nin, qadın təşkilatlarının Facebook səhifələrini axtarmağa çalışdıq. 30-dək QHT-nin cəmi 5-nin facebook səhifəsini tapa bildik.

Facebooku seçməyimiz təsadüfi deyil. Sosial şəbəkələr arasında Facebook ictimai əlaqələri təmin etmək üçün çox dəyərli xüsusiyyətlərə malik dominant sosial şəbəkədir. 18-24 yaş qrupu Facebook-un ən böyük seqmenti olsa da, son illərdə 35 yaşdan yuxarı istifadəçilərin sayı əhəmiyyətli dərəcədə artıb.

Səhiyyə ilə bağlı QHT-lərdə isə vəziyyət nisbətən yaxşı olsa da, yenə də, paylaşımlar fəaliyyəti əks etdirmir.

İstənilən QHT-nin məqsədi ictimaiyyətin diqqətini cəlb etmək, öz layihələrinin həyata keçirilməsi üçün vəsait toplamaq, eləcə də, informasiyanı daha geniş sosial kontekstdə yaymaq və geniş hədəf auditoriyanı cəlb etməkdir. Sosial media QHT ilə ictimaiyyət arasında vasitəçi ola bilər. Çünki QHT-lər cəmiyyət üçün faydalı olan məlumatları effektiv şəkildə yaymalı və paylaşmalıdırlar.

Sosial media strateqləri Twitter-in faydalarını da həmişə önə çəkirlər. Twitter QHT-lərə onların fəaliyyətinə dəstək olacaq yeni şəxsləri bir araya toplamaq, işə cəlb etmək imkanı verir.

QHT-lərin cəmiyyətə təsir etmək üçün istifadə edə biləcəyi vizual görüntünün gücü də əvəzsizdir. Vizual təsvirlər daha effektivdir, işin nəticəsi görüntüü olaraq paylaşıldıqda, ümumilikdə, öz fəaliyyətlərini nümayiş etdirdikdə nəticəyə təsir gücünü artırmış olur.

Belə nəticəyə gəlmək olar ki, sosial mediadan istifadənin ümumi “düzgün” üsulu yoxdur, hər bir QHT öz kommunikasiya strategiyasını özü seçir. QHT-nin uğuru dəqiq müəyyən edilmiş kommunikasiya planından və onun ardıcıl həyata keçirilməsindən asılıdır. Görünən odur ki, informasiya texnologiyalarının sürətli inkişafı dövründə sosial media QHT-nin öz auditoriyası ilə ünsiyyətinin ayrılmaz hissəsinə çevrilib.

Bir sözlə, XXI əsr insanının əsas xüsusiyyətləri şüur, ünsiyyət və mobillikdir. İnternet və sosial media müasir cəmiyyətin bütün ehtiyaclarını təmin edə bilir. Sosial media bu gün ən rahat, çox vaxt ən təsirli və müasir ünsiyyət vasitələrindən biridir ki, istənilən QHT öz fəaliyyətini məhz bu alətlərlə paylaşa bilər.

Cavid Şahverdiyev

Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər