Sizin Reklam Burada

QHT “Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi həyata keçirir

QHT “Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi həyata keçirir“Turan” Vətəndaş Cəmiyyətinə Yardım ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği” layihəsində nəzərdə tutulumuş üçüncü seminarı 14 oktyabr
2022-ci il tarixində Sabirabad şəhəri E.Nadirov adına 8 saylı beynəlmiləl tam orta məktəbində keçirdi.
Seminarda 30 nəfər məktəbin yuxri sinif şagirdləri iştirak etdi.Yeniyetmə və gənclərə Seminarın mövzularına uyğun olaraq məlumatlar verildi.

Tədbirdə layihənin eksperti Azər İsmayıl tərəfindən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Silahlı Qüvvələrinin Yeni texnologiyalarla və taktika ilə torpaqlarımızın qısa müddət ərzində erməni vandallarından azad edilməsindən danışdı. Bundan sonra Layihə rəhbəri Yaqub Babayev yeniyetmə və gənclərə Qarabağın tacı olan “Şuşa” şəhərinin işğaldan azad olması barədə geniş məlumat verdi. O bildirdi ki, “Şuşa” əməliyyatı bu gün beynəlxalq hərbi ekspert və mütəxəssislər tərəfindən öyrənilir.

Onlar bu əməliyyatı öz hərbi dərsliklərində istifadəsinə başlamışlar. Layihə rəhbəri Yaqub Babayev Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən əks-hücum əməliyyatını “Dəmir Yumruq” əməliyyatı adlandırmasının geniş mahiyyətini yeniyetmə və gənclərə açıqladı. Bundan əlavə tədbir iştirakçılarına Vətən müharibəsində “Şəhid” olmuş Sabirabadlı gənclərin həyat və döyüş yolları barədə geniş məlumat verildi.Bu günkü tədbir Sabirabad şəhəri E.Nadirov adına 8 saylı məktəbin hərbi otağında keçirildi. Bu otaqda keçirilən tədbirin layihənin mahiyyətinə və yeniyetmə və gənclərin hərbi- vətənpərvərlik ruhunda tərbiyələnməsinə stimul verdi.

Bundan əlavə 44 günlük Vətən müharibəsində İqtidar, Xalq və Ordu birliyindən danışldı. Sabirabad rasyonunda yaşayan yeniyetmə və gənclərin və həm də yaşlı nəslin nümayəndələrinin “Dəmir yumruq” əməliyyatında yaxından iştrikak edildiyindəndən
danışıldı.

Sonda həm layihə rəhbəri və həm də ekspert tərəfindən gəncləri maraqlandıran sullara cavab verildi.
Layihə rəhbəri və Layihənin eksperti tərəfindən tədbir iştirakçılarına Vətənpərvər olmaları və daima torpaqlarımızın və Vətənimizin keşiyində
olmaları barədə tövsiyələr verildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər