Sizin Reklam Burada

Suraxanı rayonunda QHT Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layinənin tədbiri keçirilib

Suraxanı rayonunda QHT Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layinənin tədbiri keçirilib"Bu gün oktyabr ayının 14-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “İnfeksion xəstəliklərlə mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili ” layihəsini Suraxanı rayonunda keçirdik. Çox yüksək səviyyəli bir tədbir keçirildi".

Bu fikirləri ölkə mətbuatına BAXCP sədrinin müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib:

"İlk öncə tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaratdığı şəraitə görə Suraxanı rayonun icra başçısı hörmətli Əziz müəllimə dərin minnətdarlığımı bildirirəm. Həmçinin də bu işdə əməyi keçən Əziz müəllimin müavinləri hörmətli Fuad müəllimə və hörmətli Könül xanıma, humanitar şöbənin rəhbəri hörmətli Sevinc xanıma, "Gənclər Evi"nin müdiri hörmətli Natavan xanıma təşəkkürümüzü bildiririk:"Suraxanı rayonunda nəzərdə tutduğumuzdan 2 dəfə artıq şəxs iştirak etdi. Bildiyiniz kimi, layihəmiz QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ƏTRAF MÜHİTİN VƏ ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI, NARKOMANİYA İLƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİ istiqamətində dəstəklədiyi icra planına uyğun keçirilir.

Layihənin əsas istiqaməti həm yoluxucu xəstəliklərlə mübarizə, həm koronavirusla, həm də bəşəriyyət üçün bəlaya çevrilən narkomaniya ilə mübarizə istiqamətidir. Bizim təşkilatın işi əhalinin sağlamlığının qorunması istiqamətində, xüsusən gənc nəsilin qorunması istiqamətində aparılan maarifləndirmə işinin təşkilidir. Gənclərin həyatını məhv edən, narkomaniya ilə mübarizənin təşkilini həyata keçirilməsi əsas proritet istiqamətdir. Biz vətəndaş cəmiyyəti olaraq layihənin verdiyi imkanlardan maksimum çalışırır ki, gələcək nəslimizi narkotikdən və pis vərdişlərdən qoruyaq. Genefondumuzu qorumalıyıq.

Bununla bağlı Suraxanı rayonunda yaşayan 50 nəfərlik şəxsə təşkilatımızın hazırladğı maarifləndirmə bukletini və digər vəsaitləri təqdim etmək oldu. Həmçinin də gənclərimizə narkotikin insan üçün və dövlət üçün çox ciddi problemlər yaratmasından bəhs etdik. Digər əsas istiqamətlərdən biri də, hələ də insanlar üçün ciddi təhlküə olan covid-19 infeksiyasından danışıldı. Bununla bağlı hələ də işlərin görülməsindən bəhs olundu. Bütün imkanlarla çalışmalıyıq ki, vaksinləşmənin həyata keçrilməsini təşkil edək. Cənab Prezident İlham Əliyevin həm narkotiklə mübarizəni, həm də pandemiya ilə mübarizəni özünün nəzarətində saxlmasından qeyd etdik və bunun nəticəsidir ki, pandemiya dövründə virusa yoluxan insanın cəmi 1% dünyasını dəyişib.

Yüz minlərlə insanın həyatı xilas olub. Gənc nəslin narkomaniyadan qorumaq üçün bütün imkanlarımızı səfərbər etməliyik. Hər birimizin üzərinə böyük məsuliyyət düşür. Həqiqətən də bu gün QHT Dövlət Agentlyinin bütün rəhbərliyinə təşəkkür edirəm ki, önəmli bir sahəyə, xüsusən cəmiyyətimizin maariflənməsi üçün ehtiyac olan infeksion xəstəliklərlə mübarizəyə dəstəyini nümayiş etdirib. Növbəti görüşmüzü gələn həftə Yasamal rayonunda keçirilməsini nəzərdə tutmuşuq."

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər