QHT Gədəbəydə tədbir keçirib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi "Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması" mövzusunda keçirilən layihənin icrasıyla bağlı 10-13 oktyabr 2022-ci il tarixlərində növbəti görüşü Gədəbəy şəhərində rayon bələdiyyələrinin iştirakıyla keçirilib.
Gədəbəy RİH-in təşkilatçılığı ilə keçirilən görüşü giriş sözüylə açan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli (Cəfərov) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” mövzusunda keçirilən layihənin icrası çərçivəsində ilk görüş Tovuz bələdiyyələrinin iştirakıyla keçirildiyini bildirib. Dörd günlük səfər çərçivəsində həm Tovuz RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fuad Rzayevlə, o cümlədən Tovuz bələdiyyəsində bələdiyyə qulluqçularının iştirakıyla mövzu ətrafında geniş müzakirələr aparılmışdır.
Növbəti görüş artıq Gədəbəy şəhərində keçirilir. Görüşdə Tovuz rayonunda formalaşan bələdiyyələrin sədrləri və bələdiyyə qulluqçuları, Gədəbəy RİH-in məsul əməkdaşı Emin Abdullayev, Şəmkir regional ədliyyə idarəsinin baş məsləhətçisi Qara Muradov və 2 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin məsul əməkdaşı Firdövsi Quliyev iştirak edib.
Görüşdə bildirilib ki, layihənin əsas məqsədi ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılmasına nail olmaq və sosial medianın yaratdığı imkanlardan istifadə edərək ətraf mühitin qorunmasına dair əhali arasında maarifləndirmə işlərini aparmaqdır.
Görüşdə qeyd edilib ki, bələdiyyələr tərəfindən mütəmadi olaraq ərazilərində ağacəkmə aksiyaları, iməciliklər, o cümlədən ətraf mühitin təmizliyi ilə bağlı ərazilərin zərərli tullantılarından, habelə çirkab kanalizasiya sularından təmizlənməsiylə bağlı ciddi layihələr icra edilməkdədir. Onu da etiraf etməliyik ki, bu gün 1606 bələdiyyənin ötən il əldə etdiyi 40 milyon manatlıq büdcə ilə irihəcmili layihələrin icrası mümkün deyildir.
Görüşdə Gədəbəy bələdiyyələrinin maliyyə durumuna da nəzər yetirilib. Bildirilib ki, 2021-ci ildə 20 Gədəbəy bələdiyyəsinin ümumi büdcə gəliri 243.800 manata bərabər olub. Bu vəsaitin 60.300 mantaı əmlak vergisindən, 49.000 manatı torpaq vergisindən, 79.700 manatı torpaq özəlləşdirməsindən və icarəsindən daxil olub. İl ərzində Gədəbəy bələdiyyələrinin 1400 manatlıq mehmanxana xidmətindən ödənişlərdən daxil olub. Ən maraqlı məqam ondadır, bir sıra bələdiyyələr, o cümlədən Gədəbəy şəhər bələdiyyəsi DSMF və digər qurumlara olan borcu öz fəaliyyətləriylə bağlayıblar. Bəzi bələdiyyələr, xüsusəndə Slavyanka bələdiyyəsi böyük həcmdə formalaşmış DSMF borcunu xeyli azaldaraq bu il bağlamaq niyyətindədir. Və bu gün bələdiyyə bütün qüvvəsini səfərbər edərək buna çalışır.
Görüşdə bildildi ki, Gədəbəy bələdiyyələri ətraf mühitinin mühazfizəsi üçün ciddi layihələir icra etmək niyyətindədir. Bunun üçün bir sıra layihələr hazırlansa da onun icrası maliyəsizlik ucbatından kerçəkləşdirmək mümkün olmayıb.
Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun keyfiyyət və məzmun baxımından artırmaq üçün ilk növbədə bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması və büdcə gəlirlərinin artırılmasına nail olmaq lazımdır. Bununla yanaşı Ekologiya və Təbii sərvətlər nazirliyi və Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaqla mövcud problemlərin həllinə vaxtında nail olmaq lazımdır.
Görüşdə Gədəbəy Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Emin Abdullayev, Şəmkir regional ədliyyə idarəsinin baş məsləhətçisi Qara Muradov, 2 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşı Firdövsi Quliyev geniş məzmunlu məruzələrlə çıxış ediblər.
Müzakirələrdə Gədəbəy bələdiyyəsinin sədri Zülfüqar Yusubov, Slavyanka bələdiyyəsinn sədri Firudin Məmmədov, Qaraməmmədli bələdiyyəsinin sədri Mətləb Həsənov çıxış edərək mövzu ətrafında öz təkliflərini veriblər.
Görüş ciddi fikri fikir mübadiləsiylə başa çatıb.
Səfər çərçivəsində növbəti gün bələdiyyələrin fəaliyyətiylə daha yaxından tanış olmaq məqsədiylə Gədəbəy və Slavyanka bələdiyyələrində bələdiyyə qulluqçularının iştirakıyla görüş keçirilmişdir.
Belediyye.info