Sizin Reklam Burada

Xoşqədəm və Elgizin adından dələduzluq etdi - 7 il həbs

Xoşqədəm və Elgizin adından dələduzluq etdi - 7 il həbsBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ayxan Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Modern.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ayxan Məmmədli 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, Ayxan Məmmədli bir neçə nəfərin etibarından sui-istifadə edərək onlardan pul alaraq aldığı pulları 10-15 faizlə geri qaytaracağını deyib.

Ayxan Məmmədli zərərçəkmiş şəxslərə sosial evlərdən mənzil almaq, həbsdən adam çıxarmaq, tibb sertifikatı almaqla bağlı vədlər verib. O, ümumilikdə 300 min manatdan artıq pulu dələduzluqla ələ keçirməkdə ittiham olunur.

İttihama əsasən, Ayxan Məmmədli ARB telekanalının aparıcıları Elgiz Əkbər və Xoşqədəm Hidayətqızının adından da sui-istifadə edərək zərərçəkmişlərdən pul istəyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər