Sizin Reklam Burada

"Zəfər tariximizin regionlarda təbliği" - Şəki rayonunda tədbir təşkil olunub

"Zəfər tariximizin regionlarda təbliği" -  Şəki rayonunda tədbir təşkil olunubAzərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximixin regionlarda təbliği” layihəsi çərçivəsində 12 oktyabr 2022-ci il tarixində Şəki rayonu Dövlət Regional Kollecində tədbir keçirildi.

Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və Şəki rayonu gəncləri iştirak etmişdir. Tədbirdə çıxış edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək təşkilatın fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. Qeyd edək ki, ictimai birlik fəaliyyət başladığı gündən etibarən şəhid ailələrinin, qazi və müharibə iştirakçılarının mütəmadi olaraq qayğısına qalmışdır. Eyni zamanda layihə barədə də məlumat verərək bildirib ki, layihənin məqsədi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin gənclərə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsidir.

Aprel döyüşlərinə və 44 günlük “Vətən müharibəsi”- nə həsr olunan 1 günlük tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər Balakən, Zaqatala, Qax, və Şəki rayonlarında şəhid və qazi ailələri ziyarət olunması nəzərdə tutulur. Daha sonra, Şəki rayonu Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov çıxış edərək, kollecdə təhsil almış şəhid və müharibə iştirakçıları, qazilər haqqında məlumat vermişdir. Daha sonra, şəhid Səbuhi İsgəndərlinin anası Gülnarə xanım çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıdan olan məmnunluğundan söz açdı.

Qeyd edək ki, tədbirdə 44 günlük “Vətən müharibəsi”-də torpaq uğrunda canlarını fəda etmiş şəhidlərimiz Əhmədov Rəşad, Əhmədov Vasif, Eltun Kərimov, Pənah Məmmədov, Elçin Nadirovun anaları iştirak etmişdir. Tədbirdə “Zəfər tarixi”-mizə həsr olunan video təqdimat nümayiş olundu. Sonda Şəki rayonu Şəhidlər Xiyabanı ziyarət olundu və xatirə şəkli çəkildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər