Sizin Reklam Burada

Salyanda azyaşlını ərə vermək istədilər

Salyanda azyaşlını ərə vermək istədilərPolis Salyanda yetkinlik yaşına çatmayan qızın ərə verilməsinin qarşısını alıb.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün Salyan Rayon Polis Şöbəsinə (RPŞ) Seydan kənd sakini Şəhriyar Quliyevin 2007-ci il təvəllüdlü qızı ilə 1999-cu il təvəllüdlü həmkəndlisi arasında Qarabağlı kəndində yerləşən şadlıq sarayında toy mərasimi təşkil etmək istəməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan isə bildirilib ki, dərhal Salyan RPŞ tərəfindən məsələyə müdaxilə edib:

“Polis əməkdaşları hər iki tərəfin valideynləri ilə görüşüb. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb. Azyaşlının nikaha girməsinin ciddi qanun pozuntusu olması onların nəzərinə çatdırılıb. Bununla da toy mərasimin qarşısı alınıb. Hər iki tərəf polis əməkdaşlarının xəbərdarlığını anlayışla qarşılayıblar. Valideynlər söz veriblər ki, qız yalnız 18 yaşına çatandan sonra toy mərasimi təşkil olunacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər