Sizin Reklam Burada

Vüqar Səfərli 8 il azadlıqdan məhrum edildi

Vüqar Səfərli 8 il azadlıqdan məhrum edildiDələduzluqda təqsirləndirilən tanınmış vəkil Vüqar Səfərlinin məhkəməsi başa çatıb.

 APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Vüqar Səfərli 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzluqda ittiham olunur.

O, bir neçə vətəndaşın etimadından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloqer Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurulduğu bildirilir.

Vüqar Səfərli bu əməlləri ilə bağlı Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

İş üzrə 17 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər