Sizin Reklam Burada

Hər bir QHT öz kommunikasiya strategiyasını özü seçir

Hər bir QHT öz kommunikasiya strategiyasını özü seçirYaxud QHT-lər mətbuat və sosial media ilə işləməyi bacarırlarmı?

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində növbəti iki məqaləmizdə mediada və sosial şəbəkələrdə apardığımız müşahidələr, o cümlədən qardaş Türkiyədəki bəzi QHT təmsilçiləri ilə etdiyimiz söhbətlər əsasında ortaya çıxan nəticələrədn bəhs edəcəyik.

Beləliklə, çoxlarımıza bəlli olsa da, mövzuya məhz bu sualdan giriş etmək istərdik: QHT nədir və onun missiyası nədən ibarətdir?

Məlum olduğu kimi, Qeyri-Hökumət Təşkilatları (QHT) insanların vahid məqsəd üçün toplaşması istəyindən yaranır. Bu, könüllü şəkildə baş verir və hökumətdən, dövlətdən asılı olmayaraq, fəaliyyət göstərir. Dövlətlə, hökumətlə əhali arasında vasitəçi rolunu oynayaraq vətəndaş cəmiyyətinin marağını əks etdirir. Bura müxtəlif ictimai birliklər, komitələr, hərəkatlar, institutlar, cəmiyyətlər, fondlar daxildir. QHT-lər kommersiya qurumu deyil, burda heç bir qazanc nəzərədə tutulmur. Təşkilat nə hökumət, nə də biznes sferasına aiddir, fəaliyyəti humanitar, təhsil, səhiyyə, sosial, insan hüquqları və ətraf mühitin qorunması kimi sahələri əhatə edir.

Mətbuat, sosial media QHT-lərin fəaliyyətinə dəstək olurmu?

Dünyada 10 milyondan çox QHT var. Bu rəqəm əraziyə, inkişaf və yaşam səviyyəsinə uyğun olaraq ölkələr üzrə müxtəlifdir. Azərbaycanda, təqribən, 4 minə yaxın QHT var. Bu təşkilatların fəaliyyəti regiona xarakterik olan, maarifləndirməyə ehtiyac duyulan sahələri, xüsusuilə, gender məsələlərini, təhsil, gənclər, səhiyyə, sosial, turizm və s. istiqamətləri özündə ehtiva edir.

Bəs, məramı cəmiyyətə təmənnasız xidmət olan QHT-lərin fəaliyyətinə mətbuat, sosial media dəstək olurmu? QHT-lər mətbuatla, istər ənənəvi, istərsə yeni media ilə əməkdaşlığa nə dərəcədə diqqət ayırırlar? Ümumiyyətlə, tərəflər bunda maraqlıdırlarmı?

Aparılan araşdırmalar göstərir ki, bütövükdə mətbuatda əksər hallarda ayrı-ayrı QHT-lərin və ya onların nümayəndələrinin adı məhz onda keçir ki, söhbət hansısa dövlət qurumu ilə əməkdaşlıq çərçivəsində baş tutmuş tədbirdən gedir. Məsələn, qadınlara qarşı zorakılıqla bağlı tədbirin təşkilatçısı əlaqədar dövlət qurumudursa, bu halda kontendə həmin tədbirin iştirakçısı olmuş QHT nümayəndəsi barədə də bir cümləyə rast gələ bilərik. Belə tədbirin təşkilatçısı QHT özüdürsə, dövlət qurumu burada qonaq qismində iştirak edirsə və tədbir barədə mətbuat orqanlarında məlumat verilirsə, böyük ehtmal ki, bu, qurumun mətbuat xidmətinin və ya nümayəndəsinin fərdi təşəbbüsü hesabına əldə edilmiş nəticədir. Məsələnin kökü nədədir? Niyə QHT-lər mətbuatla və ya mətbuat QHT-lərlə əməkdaşlığa həvəsli deyil? Yaxud sualı belə qoyaq: əməkdaşlığa mane olan nədir?

Əvvəlcə ənənəvi medianın baxış bucağından yanaşaq. Danılmaz faktdır ki, jurnallar və qəzetlər ictimaiyyətə daha bahalı üsulla məlumat yayırlar. Söhbət hər hansı məlumatın reklam əsaslı yerləşdirilməsindən gedir. Burada artıq işin incəliyinə varmaq qaçılmazdır. Əgər QHT-nin mətbuatda işıqlandırılmasını istədiyi xəbərin, məlumatın məzmunu onun maliyyə ayrılmış və bu halda mətbuatda yayımına müəyyən məbləğdə vəsait nəzərdə tutulmuş hansısa layihəsi barəsində olacaqsa, mətbuat onun yayımının xərcini, yəni qarşılığını gözləməkdə tam ədalətlidir. Lakin məsələnin digər tərəfi də var. Qeyd etdiyimiz kimi, QHT vətəndaş cəmiyyətinin marağından çıxış edir ki, bu halda mətbuat ona öz dəstəyini təmənnasız göstərmək variantını da qüvvədə saxlamalıdır. Bu bahalı informasiya yayımı üçün ödənişsiz dəstəyi almaqdan ötrü isə QHT-nin mətbuatla işləyən məsul şəxsi, ictimaiyyətlə əlaqələrə cavabdeh olan nümayəndəsi olmalıdır. Sirr deyil ki, bizim əksər QHT-lər böyük layihələrlə çıxış etmələrinə baxmayaraq, məhz bu istiqaməti – mətbuatla peşəkar, səviyyəli əməkdaşlığı iş sıralamasında ən axırda görürlər. QHT rəhbəri və ya nümayəndəsi əksərən əməkdaşlığa şəxsi nüfuzu və ya mətbuat orqanının rəhbəri ilə dostyana münasibəti hesabına nail olmağı hədəfləyir.

Səhv düşəndə yerimiz...

Əməkdaşlığa mane olan daha bir səbəb də var. Bu, bəzi QHT-lərin redaksiyaya təqdim etdikləri pess-relizlərin ciddi səhvlərlə dolu olması, məlumatların zaman aparan dəqiqləşdirmələr tələb etməsi və bəzən yenidən yazılmasıdır ki, bu da yetərincə, ciddi amillər sırasındadır.

QHT-lərin fəaliyyətinin işıqlandırılmasında televiziya və radionun roluna gəlincə, burada bəzi vacib məqamlar da qeyd edilməlidir.

Məsələn, paytaxtda nüfuzlu televiziya kanallarından birinin populyar, ən çox baxılan proqramlarından birinin yaradıcı heyəti növbəti müzakirəyə yetərincə ciddi sayılan sosial problemin müzakirəsinə cavabdeh dövlət qurumları ilə bərabər bu istiqamətdə fəaliyyət göstərən QHT nümayəndəsini də dəvət etmişdi. Məqsəd həm vətəndaş cəmiyyətinə dəstək, həm də mövzuya onların münasibətini öyrənmək idi. QHT rəhbəri olan xanım efirə parlaq ziyafət geyimində, gecə makiyajında, həddən artıq bər-bəzəkli gəlmişdi. Təbii ki, bu onun hara gəldiyinin, kimlərlə müzakirəyə qoşulduğunun fərqində olmamasının, cəmiyyətdə öz statusunu dərk etməməsinin göstəricisidir. Onun imici eyni zamanda rəhbərlik etdiyi QHT-nin fəaliyyətinin evvektivliyini də şübhə altına salır.

İkinci nümunə. Dostlardan biri deyir ki, televiziyalardan birində azyaşlıların təhsildən yayınmalarına həsr olunmuş yetərincə ciddi müzakirədə QHT rəhbəri aparıcıya yaxınlaşaraq bu gün onun doğum günü olduğunu və canlı efirdə bü münasibətlə onun təbrik edilməsini bütün ciddiyyətilə xahiş edib.

Ümumiləşmədən nə qədər qaçsaq da, belə nümunələr QHT-lərin nüfuzu, fəaliyyətinin zəruriliyi və effektivliyi ilə bağlı tərərddüdlərə yol açır.

Yeni dövrün mediasına yanaşma...

Yeni dövrün mediasına gəlincə, burda da yanaşma, təxminən, eynidir. Halbuki, yeni media, sosial media QHT-lərin öz hədəf auditoryasını tapmaqda, işinin effektivliyini artırmaqda, ənənəvi mediadan fərqli olaraq, bir çox üstünlüklərə malikdir. Bu isə QHT-ləri onlarla əməkdaşlığa daha da həvəsləndirməlidir. Araşdırmaçıların fikrincə, televiziya, radio və qəzet kimi ənənəvi media yalnız birtərəfli ünsiyyəti təmin edir. Sosial media isə ondan fərqli olaraq, hər kəsə öz kontentini dərc etmək və onlayn ünsiyyətə qoşulmaq imkanı verir. Sosial media eyni maraqlara malik insanların bir araya toplaşaraq öz fikirlərini, şərhlərini paylaşmasına, onları maraqlandıran suallara cavab tapmalarına şərait yaradır. Əhəmiyyətli olan budur ki, QHT artıq bu halda öz məzmununu yerləşdirmək üçün naşirə, mətbu orqanına bəlli məbləğdə vəsait ödəməli deyil, bunu artıq daha asan üsulla özü də edə bilər. Çünki bu gün birmənalı olaraq, sosial media fenomeni ənənəvi ünsiyyət üsullarını əsaslı şəkildə dəyişib. İnternet istifadəçilərinin, xüsusilə də, bütün dünyada sosial media istifadəçilərinin sürətli artımını müşahidə edirik. Facebook, Tvitter, bloqlar, yutub kanalları və s. kimi sosial media dövrümüzdə internet istifadəçilərinin böyük əksəriyyətinin gündəlik ünsiyyətinin ayrılmaz hissəsinə çevrilib.

Tək QHT-lər deyil, dövlət qurumları, çoxlu sayda təşkilatlar ictimaiyyət və onun üzvləri ilə sürətli, effektiv ünsiyyət üçün onlayn alətlərdən istifadə edirlər. Sosial media informasiyanın yayılması, mübadiləsi və yaradılması üçün güclü vasitədir. Üstünlüyü isə sadəlik, sürət və xüsusi xərclər, bacarıqlar olmadan böyük auditoriyanı cəlb etmək imkanına malik olmasıdır.

QHT-lər hədəf auditoriyasını cəlb etmək, məlumat yaymaq, fikir mübadiləsi aparmaq, fəaliyyətlərini tanıtmaq, ünsiyyət və onlayn dialoq təşkil etmək üçün sosial mediadan fəal istifadə etməlidirlər.

Avropada QHT-lərin sosial mediaya marağı...

Nümunə üçün qeyd edək ki, avropalıların, təqibən, 52%-i aktiv internet istifadəçisidir. Onların, təxminən 36%-i televizora baxmağı tərgidib, 28%-i qəzet və jurnal mütaliəsini azaldıb, 17%-i isə radiodan imtina edib.

Bu faktları nəzərə alsaq, informasiya inqilabının (internet, mobil və sosial media) QHT-lərin ənənəvi təbliğat tərzini xeyli dəyişmək imkanı yaratdığını görərik. Bu istiqamətdə araşdırmalar zamanı sosial medianın əhəmiyyəti bir daha üzə çıxır. Belə ki, dünyada PR mütəxəssislərinin 88%-i cəmiyyəti QHT-lərə təşviq etmək və onun audotoriyasına çevirmək üçün birmənalı şəkildə sosial mediadan istifadə edirlər. Bu gün iki yüzdən çox sosial şəbəkə saytı var və onların sayı hər gün artır.

(Ardı var)

Cavid Şahverdiyev

Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər