Sizin Reklam Burada

QHT “Ailə, cəmiyyət və biz …!” layihəsinin icrasını davam edir

QHT “Ailə, cəmiyyət və biz …!” layihəsinin icrasını davam edirBu gün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin icra etdiyi "Ailə, cəmiyyət və biz ...!" həssas qruplara aid uşaq və ailələrin sosial - tibbi və psixoloji reablitasiya sahəsində maarifləndirməsi işinin təşkili adlı layihəsi fərqli məkanda qeyd olundu.

Ictimai Birlik sədri və layihə rəhbəri Cəmilə Çingizqızının sözlərinə görə bu məkan balaca bir Bakını xatırladır.

"Layihəmizin icrasında niyə bu məkanı seçdik? Layihəmizin adından bəlli olduğu kimi, layihəmiz maarifləndirmə xarakterlidir.

Əsas məqsəd valideyinlərin, uşaqlar ilə birlikdə cəmiyyətdə olması, digər həssas qrupdan olan valideyin və uşaqlarla ünsiyyət, uşaqları reablitasiyaya yönlədirməklə düzgün inkişafına yardım etməkdən ibarətdir. Uşaqlar və valideyinlər üçün seçdiyimiz məkanın ümumi sahəsi 5000 m² olan Kinderland mərkəzidir.

Bu mərkəz küçələri, mağazaları, nəqliyyat sistemi və xüsusi valyutası ilə həqiqi bir şəhəri xatırladır.

Kinderland 60-dan çox real həyat fəaliyyətləri ilə əyləncə və təhsili özündə cəmləşdirir.

Burda kiçik, yalnız real avadanlıqla təchiz olunan fabrik, zavod, aeroport, yanğınsöndürmə, təcili yardım və s.iaşə obyektləri, bərbırxana, restoran, bank, bravo market fəaliyyət göstərir.

Azərbaycanda ilk təhsil və əyləncə parkı kiçik Bakıya bənzəyir. Burada uşaqlara oyun fəaliyyətləri vasitəsilə öyrənmə bacarıqları təşviq olunur və bu bacarıqlar müxtəlif təcrübələr yolu ilə onlara aşılanır.

Ümumilikdə eşitmə məhdudiyytli olan şəxslər gözlə gördükləri hər bir şeyi daha yaxşı qavraya bilirlər.

Eşitmə məhdudiyyəti, koxlear implant olunmuş uşaqların reablitasiya prosesində bu mərkəzin də böyük rolu ola bilər."

Mərkəzdə qarşılanan uşaq və valideyinlər əvvəkcə teatr mərkəzinə aparıldı. Teatr mərkəzinin səhnəsində tədbirin açılışını , layihə rəhbəri Cəmilə Çingizqızı giriş sözü ilə açaraq valideyinlərə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Ailə , cəmiyyət və biz ..."həssas qruplara aid uşaq və ailələrin sosial - tibbi və psixoloji reablitasiya sahəsində maarifləndirməsi işinin təşkili adlı layihəsi haqqında geniş məlumat verdi . Layihənin icrasında keçiriləcək təlimlər haqqında valideyinlər məlumatlanaraq , icra olunacaq təlimlərə dəvət olundu.

Daha sonra qonaq olduqları mərkəz haqqında məlumat vermək üçün söz Caspian Entertainment Company Qrup Satish Meneceri Fidan Mikayilzade verildi. Mərkəz haqqında geniş məlumat verən Fidan xanım, şirkətlərinin hər zaman həssas qrupdan olan uşaqlara diqqət göstərdiyini vurğuladı.

Mərkəzdə bu gün uşaqların maarifləndirilməsi, əylənməsi, öyrənməsi üçün personala xüsusi tapşırıq verildiyini nəzərə çatdıran Fidan xanım , eşitmə məhdudiyyəti olan uşaqlarla tanış olmasından mənmun olduğunu qeyd etdi.

Daha sonra əlli uşaq, onlar üçün ayrılan mütəxəssislərlə qruplara bölünərək , mərkəzdə olan müxtəlif obyektlərdə maarifləndirməyə cəlb olundular.

Uşaqlara ilk olaraq mərkəzə aid olan Bankdan özlərinə məxsus pul əskinası verildi. Daha sonra bu puldan istifadə üçün aktivitilərə cəlb olunan uşaqlar 5, 6 saat ərzində mərkəzdə təhsil almaq üçün ADA universitetinə getdilər, Paşa sığorta tərəfindən sığorta aldılar, pul qazanmaq üçün (zavod, fabrik, mehmanxana, restoran, qadın bərbərxanası, pizza ustası və s.) müxtəlif peşələrdən yararlandılar, həm də istirahət edərkən puldan istifadə etdilər. Bir sözlə uşaqlar bu gün sözün əsil mənasında əylənərək, öyrəndilər.

Biz də öz növbəmizdə İctimai Birliyimizin eşitmə məhdudiyyətli, koxlear implantlı uşaqlarına qapısını açan Caspian Entertainment Company şirkətinə öz təşəkkürümüzü bildiririk.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər